Irqıl

Irqıl - türk və altay mifologiyasında əfsanəvi şaman. Arqıl Xan olaraq da bilinir. Şamanların atası olaraq qəbul edilir. Üç il əvvəl ölənləri belə dirildir, korların gözünü açar. İzah edildiyinə görə o qədər güclüdür ki, heç bir tanrını tanımaz. Tanrı Ayığ Xan onu yanına çağırtdıraraq bu gücü haradan aldığını soruşur. O da, heç bir uca güc tanımadığını və etdiklərinin öz gücü ilə olduğunu söyləyərək tanrıya qarşı hörmətsizlik edər. Bunun üzərinə Ayığ Xan, Irqılı atəşə attırarak yaktırar.[1] Onun etdiyi bu atəş digər gələcək kamlar ruhlarını yaradır. Türk ayin və mərasimlərinin təməllərini atan adam olaraq da bilinər.

İrıq (İrq)[redaktə | mənbəni redaktə et]

İrıq (İrq) sözü köhnə türkcədə falçılıq və kəhanət mənasını verər. Gələcəkdən xəbər vermə deməkdir. Falçılıq bütün cəmiyyətlərdə dəyişik obyektlərlə həyata keçirilir. Xüsusilə türk nağıllarında qaraçılarla qaynaşmış bir anlayışdır. Falçılara "İrqçi" adı verilər. İrqıl Xanın adı da bu anlayışa dayanır. İrqlamaq (İrıxlamaq) isə kəhanətdə olmaq, falçılıq etmək, gələcəkdən xəbər vermək deməkdir.

Bu ad Oğuz şəcərələrində "İrkıl Xoca" olaraq iştirak edər. İlk şamanın adı olan "Arqıl" ya da "İrqıl" adının özü "İrq" sözüdür (Əbdülqadir İnan'a görə Latınların "Oraqul"ları da türk mifologiyasına aiddir və türkcə "irq" kökündən gəlməkdədir.[2] Ancaq bu yalnız bir fərziyyədir.) Köhnə türkcədə "irq baxmaq", fala baxmaq mənasını verər. Qədim türk inanışlardaki fal anlayışını izah edən bir kitabın adı "İrq Bitik" olaraq keçər.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Ar/Ir) kökündən törəmişdir. Anadollu Türkcəsində Irlamaq (Yırlamaq) felleriyle igilidir. Danışmaq, mahnı oxumaq məzmunuyla əlaqəlidir. Kəhanət, cadulu söz mənalarını daşıyır. Irq isə fal deməkdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine  (türk.)
  2. Oğuz Dastanlarında İrqıl Ata, Əbdülqadir İnan, Ankara, 1987

Mənbə[redaktə | mənbəni redaktə et]