Istanbul Sapphire — İstanbulda yerləşən göydələn. 261 metr hündürlüyü (antenlərlə) ilə Avropada (Rusiya istisna) "Şard London Briç" binasından sonra ən yüksək 2-ci binadır. İstanbulun Kağızxana bölgəsində yerləşir.[2]
Tamamlanıb | |
Istanbul Sapphire | |
---|---|
Istanbul Sapphire | |
| |
41°05′06″ şm. e. 29°00′21″ ş. u. | |
Ölkə | Türkiyə |
Region | Frakiya |
Şəhər | İstanbul |
Yerləşir | Çeliktəpə, Kağızxana. |
Tikilmə tarixi | 2006-2011[1] |
Mərtəbə sayı | 66 |
Memar | Tabanlıoğlu Memarlıq şirkəti |
Vəziyyəti | Alış-veriş mərkəzi kimi istifadə olunur. |
Vikianbarda əlaqəli mediafayllar |
İstanbulun Çeliktəpə səmtindəki Böyükdərə küçəsində yerləşən @Istanbul Sapphire@ binası Türkiyədə inşa edimiş ən böyük binadır. 261 metr hündürlükdəki göydələni İstanbulun bir çox yerindən görmək olar. Göydələn ÖSYM (Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi) binasının yanında yerləşir.
165.169 m2 sahəyə sahib bina yer altındakı 10 mərtəbə də daxil olmaqla 66 mərtəbədən ibarətdir. Bina 30 metr uzunluğunda antenlərə da malikdir. Binadan alış-veriş mərkəzi və yaşayış binası kimi istifadə olunur. Avtodayanacaq göydələnin ilk 6 mərtəbəsində yerləşir.
Binanın tikilməsində əsasən beton və poladdan istifadə olunmuşdur.
Binada cəmi 14 lift və 13 eskalator var.
Bina yuxarıya qalxdıqca azacıq incəlir. 4-cü mərtəbən aşağı isə genişlənir. Göydələnin fasadı şüşədən ibarətdir.
Binanın yaşayış olan otaqlarının sayı 177-dir və sahələri 100–1100 m²-ə qədər dəyişir .
Binada 970 m2-lik ictimai salon (lounc), 1.100 m2 sahəyə malik qolf meydançası və son mərtəbədə bar yerləşir. Həmçinin 225 metr yüksəklikdə yerləşən terrasdan İstanbulun mənzərəsini seyr etmək mümkündür.