Merkuri qülləsi (rus. Меркурий-сити-тауэр) — Rusiyanın paytaxtı Moskvada, Moskva Beynəlxalq Biznes Mərkəzinin 14-cü sahəsində yerləşən, çoxfunksiyalı bir biznes kompleksidir və Avropanın ən yüksək binalarından biri hesab edilir, hündürlüyü isə 338,8 metrdir.
Merkuri qülləsi | |
---|---|
Башня Меркурий | |
55°45′02″ şm. e. 37°32′22″ ş. u.HGYO |
|
Yeri | Moskva |
Tikilmə tarixi | 2005—2013 |
Status | Göydələn |
Hündürlüyü | |
Antena / Şpil | 340,1 m |
Dam | 338,8 m |
Ən üst mərtəbə | 75 |
Texniki göstəriciləri | |
Mərtəbə sayı | 80 |
Daxili sahəsi | 173960 m² |
Lift sayı | 29 |
Xəritədə yeri | |
Emporis saytında məlumatlar və fotoşəkillər |
|
SkyscraperPage səhifəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Merkuri qülləsinin yerüstü 75, yeraltı isə 5 mərtəbədən ibarətdir. 5 mərtəbə, yalnız avtodayancaq üçün nəzərdə tutulmuşdur. 75 mərtəbənin sahəsi 143181 m², yeraltı mərtəbənin sahəsi isə 30779 m²-dir. Binanın ümumi sahəsi 173960 m²-dir. İlk 40 mərtəbənin A + sinifli ofislər təşkil edir.
Binanın 40-cı mərtəbəsində 975 kvadratmetr sahəsi olan çoxfunksiyalı bir "Mercury Space" böyük zal vardır. Məkan xüsusi tədbirlərː konfranslar, mərasimlər, qala gecəsi, toylar, partiyalar, moda nümayişləri və s. təşkil etmək üçün geniş imkanlara malikdir. 42-ci mərtəbədən başlayaraq, qüllə 90 kvadratmetrdən ibarət olan 137 mənzil yerləşir.[1]