Jülyen Şanuen

Jülyen Şanuen (fr. Julien Chanoine; 18 dekabr 1870[1], Paris16 iyul 1899[1]) — Fransa hərbçisi.

Jülyen Şanuen
Şəxsi məlumatlar
Doğum tarixi 18 dekabr 1870(1870-12-18)[1]
Doğum yeri
Vəfat tarixi 16 iyul 1899(1899-07-16)[1] (28 yaşında)
Vəfat səbəbi sui-qəsd
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Fransa Respublikası
Qoşun növü Spahi
Döyüşlər
Təltifləri officier d'académie "Fəxri legion" ordeni kavaleri

Həyatı[redaktə | mənbəni redaktə et]

Jülyen Şanuen 1870-ci ildə Fransanın Paris şəhərində, general Şarl Şanuenin ailəsində anadan olmuşdur. O, 1888–1890-cı illərdə Sen-Kir hərbi akademiyasında təhsil almışdır.

1895-ci ildə Jülyen Şanuen könüllü olaraq Qərbi Afrikaya getmiş və 1896-cı ildə kapitan rütbəsinə yüksəlmişdir. O, leytenant Pol Vule ilə birlikdə Mossi krallıqları üzərində Fransa protektoratının yaradılmasında iştirak etmişdir. Bu zaman Şanuen praktiki olaraq tədqiq edilməmiş ərazilərin topoqrafik tədqiqatlarını aparmış və coğrafi cəmiyyətlərdən bir sıra mükafatlar almışdır.

1898-ci ildə müstəmləkə naziri Andre Lebonun tapşırığı əsasında Niger çayı ilə Çad gölü arasındakı ərazini araşdırmaq üçün böyük bir ekspedisiya təşkil edilmişdir. Bu ekspedisiya zamanı Vule dinc əhaliyə qarşı qırğınlar törətmiş və Parisdən onu çıxarmaq əmri gələndə əmri çatdıran zabiti güllələmiş, bundan sonra Afrika qitəsində öz imperiyasını qurmaq qərarına gəldiyini qoşunlarına bildirmişdir. Buna baxmayaraq, tabeliyində olan qoşunlar onun planlarını dəstəkləməmiş və sonrakı atışmada Şanuen öldürülmüşdür.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]