Jagala şəlaləsi

Yaqala (est. Jägala juga) — Estoniyanın eyni adlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir.

Yaqala şəlaləsi
Jagala
Ümumi məlumatlar
Hündürlüyü 8 m
Eni 50 m
Yerləşməsi
59°26′59″ şm. e. 25°10′43″ ş. u.
Ölkə  Estoniya
Yaqala şəlaləsi xəritədə
Yaqala şəlaləsi
Yaqala şəlaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yaqala şəlaləsi-nin videosu 2022

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.[1] Bu cəhət Yaqala şəlaləsini daha da maraql edir. Ancaq keçid yetərincə təhlükəlidir. Daşlar çox iri və sürşkəndir. Şəlalə əsasən yaz aylarında bol sulu olur. Qarın əriməsi nəticəsində çayda suyun səviyyəsi yetərincə yüksəlir. Qış ayarında suyun səviyyəsi düşür və şəlalə donur.

Yaqala çayı Baltik sipəri boyu axır. Məhs bu sipər sonda şəlalənin formalaşmasına səbəb olmuşdur. Hesablamalara əsasən şəlalənin geoloji yaşı təxminən 4500 ildir[1]. Turistlər bəzən onu Baltik Niaqarası adlandırır. Şəlalədən sonra uzunluğu 300 metr, dərinliyi isə 12-14 metr olan dərə formalaşır. Dərə ildə 3 sm çayın mənbəyinə doğru genişlənir. Bu sipəri təşkil edən süxurların parçalanması ilə əlaqəlidir. Şəlalə Estoniyanın qorunan təbiət abidələri siyahısındadır. Yerli əhalinin dilində şəlalənin digər adı da mövcuddur: Yoaryunqas (est. Joarüngas)[2]. 1688-cı illərə aid xəritədə şəlalə yaxınlığında su dəyirmanı göstərilir. İkinci Dünya müharibəsindən sonra ərazidə su elektrik stansiyasısellüloza zavodu fəaliyyət göstərmişdir. Yaqala çayı zəngin balıq ehtiyatına malikdir.[1]

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Балтийская Ниагара – янтарный водопад Ягала". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  2. "Водопад Ягала (Jägala juga)". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.