Jalə Həmid qızı Qədimova (7 iyul 1954, Gəncə şəhəri)— pedaqojika elmləri doktoru, professor. ADPU-nun "Musiqi və onun tədrisi texnologiyası" kafedrasının professoru[2]
Jalə qədimova 1954-cü ildə iyulun 7-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə "Fərqlənmə diplomu" ilə Gəncə Musiqi Texnikumunu, 1977-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Ailəlidir, bir oğlu və bir qızı var.
1994-cü ildə "XIX əsrin sonu — XX əsrin əvvəllərində Azərbaycan maarif xadimlərinin yaradıcılığında musiqi tərbiyəsi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək (1300.01) — Pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə pedaqoji elmlər namizədi adını alıb.
2007-ci ildə "Müasir dövrdə Azərbaycanda musiqi tədrisi və tərbiyyəsinin problemləri və onların həlli yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək (5804.01) — Ümumi pedqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə pedaqoji elmləri doktoru adına layiq görülmüşdür.
2011-ci ildən pedqaogika üzrə elmlər doktoru, professorudur.[3]
Əmək fəaliyyətinə 1983-cü ildən başlamışdır. "Musiqi alətləri" kafedrasında konsertmeyster, müəllim baş müəllim, dosent vəzifəsində çalışmışdır. 1998–2016-cı illərdə "Musiqi fənləri və onun tədrisi metodikası" kafedrasının müdiri vəzifəsini icra etmişdir. İşlədiyi müddət ərzində pedaqogika üzrə beş fəlsəfə doktoru yetişdirmişdir. "Musiqi elmi mədəniyyəti və təhsilin aktual problemləri" elmi jurnalının baş redaktorudur.[4][5]
Müəllim hazırlığı siyasəti üzrə bir çox sertifikatlar almışdır. 55 elmi məqalə, 2 monoqrafiya, 8 dərslik, dərs vəsaiti[6] və metodiki göstərişlərin müəllifidir.[7]
2012-ci il ADPU-nun 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[8][9]
Проблемы музыкального обучения и воспитания в Азербайджане на современном этапе. Bakı, "Elm", 2005, 236 c.
Musiqinin tədrisi metodikası. Bakı, ADPU, 2007, 323 s.
Etnomusiqişünaslıq. Bakı, "Elm və təhsil", 2009, 388 s.
Musiqi pedaqogikası: tarixilik və müasirlik Bakı, 2012
Воспитательные задачи современной музыкальной педагогики // "Dil və ədəbiyyat" jurnalı, Bakı, BDU,2004, № 4 (42), s. 111–123
Bocпитательные задачи современной музыкальной педагогики Азербайджана(II) // Azərbaycan milli musiqisinin tədqiqi problemləri (elmi məqalələr toplusu). Bakı, Bakı Musiqi Akademiyası, 2005, № 5, s. 435–442
Културологический подход как ключ к изучению спесифических особенностей искусства// AMEA Fəlsəfə və Siyasi-hüquqi Tədqiqatlar İnstitutu. "Ekologiya, fəlsəfə, mədəniyyət" elmi məqalələr məcmuəsi, Bakı, 2005, s. 51–57
Musiqi müəlliminin hazırlığında təhsilin humanitarlaşması məsələlərinin əhəmiyyəti // Müəllim hazırlama siyasəti və problemləri. Beynəlxalq Konfrans, Bakı, 2007, s. 347–352
Milli semantika dərs metodikasında // Pedaqoji fakültənin 50 illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı, "Elm və təhsil", 2010, s. 180–183.
Heydər Əliyevin mədəniyyətimizə göstərdiyi qayğı bu gün də yaşayır // Bakı, Müdriklik zirvəsi, 2011, s. 289–291
Etnomusiqişünaslıq aspektlərinin bütövlüyü xalq musiqisinin tədrisində yeni proqramların formalaşmasının əsası kimi // ADPU, Musiqi fənləri və onun tədrisi metodikası kafedrası üzrə elmi seminar toplusu. Bakı, 2011, s. 3–17
Təhsil sistemində humanitar istiqamət // Elm və Təhsil Bakı, 2013
Heydər Əliyev mədəniyyətimizin təəssübkeşi idi//Azərbaycan xalqının ümummilli lideri HEYDƏR ƏLİYEVİN anadan olmasının 90-cı ildönümünə həsr olunmuş XÜSUSİ BURAXILIŞ. Bakı, 2013
Musiqi-pedaqoji sisteminə müasir baxış "Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri" jurnalı № 1, Bakı, ADPU 2016
Etnomusiqişünaslıq aspektlərin bütövlüyü xalq musiqisinin tədrisində yeni proqramların formalaşmasının əsası kimi. "Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri" jurnalı № 1 (2), Bakı, ADPU 2017
Musiqi təhsilinin məzmununun yeniləşdirilməsində musiqi mentallığınınformalaşdırılması. "Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri" jurnalı№ 1 (3). Bakı, ADPU 2017
Pedaqoji idarəedilməsi prosesinin modelləşdirilməsi. "Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri" jurnalı№ 1 (4). Bakı, ADPU 2018
1998–2011-ci illərdə ADPU YAP qadınlar şurasının sədri
2009–2017-ci illərdə Azərbaycan Qızıl Aypara cəmiyyətinin ADPU bölməsinin sədri kimi fəaliyyət göstərmişdir.
2002–2008-ci illərdə Bakı Musiqi Akademiyasında yaradılmış dissertasiya şurasının üzvü olmuşdur.
2008–2016-cı illərdə AAK-ın ekspert şurasının üzvü, hazırda həmin şuranın sədr müavinidir.
2000-ci ildən YAP-ın Səbail rayon Qadınlar Şurasının idarə heyətinin üzvüdür.
2007, 2008, 2010-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən — "Fəxri fərman"la,
2007-ci ildə 15 illik, 2012-ci ildə 20 illik YAP rayon təşkilatının inkişafında səmərəli fəaliyyətinə görə "Fəxri fərman"la
2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərinin hazırlanmasında və keçirilməsində xüsusi ictimai — siyasi fəaliyyətinə görə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Fəxri fərmanı ilə təltif olunmuşdur.
2014-cü ildə 60 illik yubiley münasibətilə Səbail rayon YAP təşkilatının İdarə heyəti tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.