Jambıl Kukuyev

Jambıl Kukeyev (qaz. Жамбыл Көкеев; rus. Жамбыл Кукеев; 20 sentyabr 1988) — Qazaxıstan futbolçusu.

Jambıl Kukeyev
Ümumi məlumatlar
Doğum tarixi (36 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 170 sm
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Lokomotiv
Vəzifəsi Yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
2006–2007 Astana 53 (3)
2008–2008 Almatı 27 (6)
2009– Lokomotiv

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Karyerasına Çesna klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda Jeleznodorojnik, Astana, Rahat, Almatı klublarında çıxış edib. 2008-ci ildən Lokomotivin şərəfini qoruyur. 2006-cı ildə Qazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazaxıstan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb.

Kukeyev Lokomotivi tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil. Hətta bir müddət əvvəl açıqlama verən futbolçu bildirib ki, Yuran komandanın daxilində ona qazax dilində danışmağı qadağan edib.

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Kukeyev eyni zamanda Qazaxıstan milli komandasının da şərəfini qoruyub. Millidə keçirdiyi 13 görüşdə 1 qol vurub. Futbolçu millidəki yeganə qolunu Uembli stadionunda İngiltərə millisinin qapısına vurub. Bu qol həm də keçmiş postsovet ölkələrindən olan futbolçuların Uemblidə İngiltərə millisinin qapısına vurduğu ilk qol kimi tarixə düşüb.[1]

  1. ""Bakı" "Lokomotiv"in futbolçusunu transfer edir". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-12.