Jan Dominik Bobi (23 aprel 1952[2][1], XIV arondisman, Fransa[2] – 9 mart 1997[1][2], Qarş[d], O-de-Sen, Fransa[2]) — fransız jurnalist, ssenarist, yazıçı və "Elle" France jurnalının baş redaktoru. İnsult keçirdikdən sonra "Skafandr və kəpənək" bestsellerini yazıb.
Jan-Dominik Bobi | |
---|---|
fr. Jean-Dominique Bauby[1] | |
Doğum adı | Jean Dominique Bauby[2][1] |
Doğum tarixi | 23 aprel 1952[2][1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1997[1][2] (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Fəaliyyəti | jurnalist, baş redaktor |
Əsərlərinin dili | fransız dili[1] |
Vikianbarda əlaqəli mediafayllar |
8 dekabr 1995-ci il 43 yaşındaykən güclü insult keçirir-Bu zaman onun oğlu Bobi də yanında idi (onlar yeni avtomobildə gəzintiyə yollanırdılar). 20 gün keçdikdən sonra Bobi komadan ayılır və müşahidə edir ki, onun sol gözündən başqa bütün bədəni iflic olub. xəstəxanada həkimlər fransız sözlərində daha tez-tez işlədilən hərf sıralaması ilə Bobi üçün xüsusi əlifba düşünürlər. Adətən, Loqoped hərfləri xüsusi ardıcıllıqla (O[o], S[es], A[a], R[eğı], N[en], T[ti], U[ü], M[em] və.s) yavaş-yavaş oxuyurdu, əgər bu Jan-Dominikə lazım olan hərf idisə, o gözünü bir dəfə yumub açırdı, əgər loqoped səhv edirdisə, Bobi gözünü bir neçə dəfə yumub açmaqla həkimi xəbərdar edirdi. İlk əvvəl bu Bobi üçün çətin idi, beləki o gözünü uzun müddət qırpmadan açıq saxlaya bilmirdi. Daha sonra ardıcıllığa öyrəşdikdən sonra loqoped hərfləri tez tez sadalamağa başladı. Bu yolla Bobi öz daxili dünyası və hissləri haqqında bütöv bir kitabı (Skafandr və Kəpənək) yazdı. Kitab çox böyük uğur gətirdi. Bobi kitabı işıq üzü görəndən 10 gün sonra prevmaniyadan vəfat etdi.
İki ay müddətində gündə 3 saat olmaqla Bobi assisenti ilə əlifba vasitəsi ilə danışdı. O Lazım olan hərfdə assisentinə göz vururdu, deyilənə görə kitabın ərsəyə gəlməsi üçün Bobinin 200.000 dəfə gözünü yumub açmasına ehtiyac duyulub.
Bir söz belə demədən Jan-Dominik dünyaya bildiribki "Skafandrın içində okeanın dibinə batmaqda olan bədən içində üsyankar kəpənək yaşamağ üçün mübarizə aparır-bu Ürəkdir." Kitab dünyanın 30-dan çox ölkəsində böyük tirajla çap edilib və milyonlarla oxucunun ürəyinə yol tapıb.
Amerikalı rejissor Culian Şnabel tərəfindən Jan-Dominik Bobinin eyniadlı Skafandr və Kəpənək (film 2007) hekayəsi əsasında 2007-ci ildə baş tutan fransız filmi, ən yaxşı rejissor işinə görə 2007-ci il Kann kinofestivalının mükafatçısı olub.