Canar Asılbəy qızı Duğalova (qaz. Жанар Дұғалова; a.o. 18 yanvar 1987[1], Qızılorda) — Qazaxıstan pop müğənnisi və aktrisası. 2015-ci ildən Qazaxıstanın əməkdar artistidir.[2] 2014 Türkviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.[3] KeşYou qazax qadın pop-qrupunun keçmiş ifaçısı olmuşdur.
Canar Asılbəy qızı Duğalova | |
---|---|
qaz. Жанар Асылбекқызы Дұғалова | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 17 yanvar 1987 (37 yaş) |
Doğum yeri | Qızılorda |
Milliyyəti | Qazaxıstan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa |
Fəaliyyət illəri | 1993-cü ildən |
Janrlar | pop, xalq |
Təhsili |
|
Mükafatları |
Canar Duğalova 18 yanvar 1987-ci ildə Qazaxıstanın Qızılorda şəhərində anadan olmuşdur.[1] 3 il Tallində yaşamış, sonra isə yenidən vətənə qayıtmışdır. Yaşlı anasının təkidi ilə Canar 5 il pionerlərin yerli Saray estrada studiyasında fəailiyyət göstərmişdir. 6 yaşı olarkən Canar "Ənşi balaban" vilayət vokal müsabiqəsini qalibi olmuşdur. Bir sıra respublika müsabiqələrində qalib gəlmişdir.10 yaşı olarkən Canar "Aynalayın" uşaq müsabiqəsində Qızılgül Rımbayeva ilə duet oxumuşdur. Daha sonra bir sıra milli və beynəlxalq vokal müsabiqələrində iştirak etmişdir.[1]
Canar fortepiano sinfi üzrə qazax liseyini və musiqi məktəbini bitirmişdir. Almatı musiqi kollecinə daxil olmuşdur. 2004-cü ildən GİTİS-də o onu təhil almış, oranı qırmızı diplomla bitirmişdir. 2011-ci ildə Qazaxıstanda melodramatik film olan "Ulduz 2 üçün kokteyl" filmində çəkilmişdir. 2012-ci ildən 2014-cü ilə qədər KeşYou qazax qadın pop-qrupu tərkibində ifa etmişdir.[1]
2014-cü ilin noyabrında Canar Duğalova beynəlxalq musiqi müsabiqəsi olan 2014 Türkviziya Mahnı Müsabiqəsində "Ізін көрем" ("onların izini görürəm") mahnısı ilə iştirak etmişdir. O, 225 bal toplamaqla müsabiqənin finalında qələbə qazanmışdır.[3] 3 dekabr 2015-ci il fərman ilə Canar Qazaxıstan Respublikasının Əməkdar Artisti adı ilə təltif olunmuşdur.[2]
2015-ci ildə Canar Duğalova Qazaxıstanın "Nur Otan" hakim partiyasına üzv seçilmişdir.[4] 2016-cı ilin yazında Canar Qazaxıstan parlamentinin majilisinə deputatlığını təqdim etmişdir. Ancaq seçkilərdə ona qalib gəlmək müvəffəq olmadı.[5][6]