Jao Bernardu Vieyra

Juan Bernardu VieyraQvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009).

Juan Bernardu Vieyra
Juan Bernardu Vieyra
Doğum tarixi
Doğum yeri Bisau, Qvineya-Bisau
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bisau, Qvineya-Bisau
Vəfat səbəbi Qətlə yetirilib
Uşağı 18
Fəaliyyəti siyasətçi
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1939-cu ildə anadan olmuş Vieyra 1978-1980-ci illərdə ölkənin baş naziri, 1980-1999-cu illərdə prezidenti olub. 2005-ci ildə yenidən prezident vəzifəsinə seçilib.

Peşəcə elektrik olan Vieyra 1960-cı ildə Portuqaliya müstəmləkəçiləriylə partizan mübarizəsi aparan Qvineya Afrika Azadlıq Partiyasına qoşulur. Tezliklə hərəkatın əsas liderlərindən olur və "Nino" ləqəbi qazanır. Dövlət müstəqilliyi elan ediləndən (1973) sonra Milli Xalq Assambleyasının sədri, daha sonra baş nazir vəzifələrini tutur.

1980-ci ildə qansız hərbi çevriliş edərək ölkənin ilk prezidenti Luiş Kabralı devirir. Uzun müddət avtoritar idarəçilikdən sonra Vieyra 1994-cü ildə keçirilən çoxpartiyalı seçkidə hakimiyyəti əldə saxlayır. 1998-ci ildə vəzifədən çıxarılmış ordu komandanı Ansumane Mane ilə münaqişə vətəndaş müharibəsinə gətirir. 1999-cu ildə Vieyra ölkədən qaçır.

2003-cü ildə Vieyranın xələfi prezident Kumba Yala devrilir və Portuqaliya mühacirətindən qayıdan "Nino" 2005-ci il seçkisinə müstəqil namizəd kimi qatılaraq ikinci turda qalib gəlir.

Qvineya-Bisau prezidenti qətlə yetirilib. Onu qiyam qaldırmış hərbçilər rezidensiyasının qarşısında güllələyiblər. Hərbçilərin hadisədən bir neçə saat əvvəl bomba partlayışı ilə öldürülmüş Silahlı Qüvvələrin Baş Qərargah rəisi Taqme Na Vayenin qisasını aldıqları bildirilir. Qiyamçıların fikrincə, qərargah rəisinin qətlini prezident sifariş edib.