Jemayt atı, və ya Jemaytukas (lit. Žemaitukai) — müasir Litva ərazisində yaranmış at cinsi. Adı Qərbi Litvanın yerli əhalisi olan Jemaytların adı ilə bağlıdır. Cins VI-VII əsrlərdən belə məlumdur. Atdan əsasən kavalerlər Şimal xaç yrüşləri zamanı istifadə edirdilər. Əsas hərbi əhəmiyyət daşıyırdı. Litvada dövlətin tarixi atributlarından sayılır[1]. Hansı atlardan törəməsi dəqiq bəlli olmasada onların vəhşi atlarla əlaqəli olması olması ehtimal edilir[2]. İkinci dünya müharibəsi illərində atların təyinatının dəyişdirilməsi popolyasiyanın sayına mənfi təsir göstərir. Hazırda isə ümumi sayları 400 baş təşkil edir[1].
Jemaytukas | |
---|---|
lit. Žemaitukai | |
Cinsin istiqaməti | Əsasən minik, təsərrüfat istiqamətli |
Ölçüləri | 128—142 sm, |
Yetişdirildiyi yer | Litva |
Arealı | Vilnüs |
Vikianbarda əlaqəli mediafayllar |
Jemayt atı haqqında ilk yazılı mənbələr VI əsrə aiddir. Hansı ki bu canlıların yaxşı hərb atı olması vurğulanır[3]. Böyük Livonya knyazı Vitovt hətta bu cinsə aid atın üzərində Qrünvald döyüşündə iştirak etmişdir[4].
Əsrlər boyu at tatar, rus, polyak və digər atların təsirinə məruz qalmışdır[2]. Heç zaman geniş ərazidə yayılmamışdır. XIX əsrdə yeni texnikaların yaranması ilə daha güçlü atlara ehtiyac yarandığından ərəb atları ilə qarışdırılmışdır. Bu isə təmiz çinsin məhvinə gətirib çıxarırdı. Bu çinsin məhvinin qarşısını Oqinski nəsli xilas edir. Bu ailə 1900-cu ildə atı Parisdə keçirilən kənd təsərrüfatı sərgisində nümayiş etdirmişdir. Atlar qızıl və gümüş medala layiq görülürlər.
İkinci dünya müharibəsində cins atlar Qruzcae zavodundan almanlar tərəfində çıxarılırlar.
1958-ci ildə atlandan biri aşkarlanaraq Vilnüsdə yerləşən at zavoduna göndərilir.
Yenidən atlar Sovetlər İttifaqı dağıldıqdan sonra təhlükə qarşısında qalırlar. Kolxozlardan fərdi əllərə düşməsi saylarını azaldır. 1994-cü ildə isə sayları cəmi 30 ədəd qalır (yetkin)[5]. Bununla belə paytaxta olan zavod öz mövcudluğunu qoruyur. Burada 2010 ilə olan məlumata görə cəmi 98 təmiz çindli at var.
XIX əsrdə ərəb atları ilə qarışdırılması onlara onlara gözəl vücud vermişdir. Ərəb atları ilə qarışıq olanlar qaçış, digərləri ilə qarışıq olanlar isə kənd təsərrüfatına xidmət edir[2]. Xarakterik xüsusiyyəti belində tünd zolağın olmasıdır. Boyu bir qayda olaraq 1,28—1,42 m (4 fut 2 dyum — 4 fut 8 dyum)[3] olur.
Genetik araşdırmalar bu atların Şimal-şərqi Avropda yaranmasını və bu bölgənin atları ilə eyni genə malik olmasını göstərdi. 2004-cü ildən bu cinsin müstəqil cins kimi tanınması təstiqləndi[6].