Jerari indiqoferası

Indigofera heterantha (lat. Indigofera heterantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin i̇ndiqofera cinsinə aid bitki növü.

Indigofera heterantha
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Himalayda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

1,5 m hündürlükdə olan kol bitkisidir. Zoğları bir qədər tilli, gümüşü-boz rənglidir. Üzəri sıx, yastı tükcüklərlə örtülmüş olur. Yarpaqları təklələkvari, 5-6 sm uzunluğunda bozumtul, 13-21 ədəd qarşılıqlı düzülmüş, yumurtavari və ya enli-neştərşəkilli yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqların uzunluğu 1-1,5 sm, yuxarısı dəyirmi və ya oyuq, azca iti, hər iki tərəfdən sıx tükcüklərlə örtülmüşdür. Iyul-avqust aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı rəngli, 1 sm uzunluğunda olub, düz qalxan, 15 sm uzunluğunda sıx çiçək salxımlarında yerləşir. Kasacığı neştərdişlidir. Tacı nazik tükcüklərlə örtülü yelkən formasındadır. Meyvəsi oktyabr ayında yetişir, paxla formalı, silindrşəkilli, 3-5 sm uzunluqda, 6-10 toxumludur. Toxum vasitəsilə çoxaldılır. Kökündən yeni zoğlar verir və hər il bir neçə dəfə çiçəkləyir.

Şaxtaya davamlıdır. Rütubətli torpaqlarda normal çiçəkləyir və keyfiyyətli toxum verir. Yerüstü hissəsi soyuqda və ya quraqlıqda tələf olur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəbatat bağında və Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilir. Mədəni şəraitdə isə Qafqazın Qara dəniz sahillərində park və bağlarda becərilir.

Kolun ucları kəsildikdə cavan zoğlar yaxşı inkişaf edir və yaxşı çiçəkləyir, dekorativ kol kimi tək-tək qruplarla və canlı çəpər salmaq üçün istifadə oluna bilər.