Bu məqaləni vikiləşdirmək lazımdır. |
Jesttanıma — işarə tanıma mədəniyyətinin dilə qədər yüksək dərəcədə inkişaf etmiş və ibtidai ünsiyyətin mühüm ünsürü olmuş bir instinkdir.[1]
Dil yaranandan sonra jesttanıma ilə ünsiyyətin dairəsi tədricən daralmışdır, lakin jesttanıma üzərində işarə mədəniyyətinin müstəqil növləri formalaşmışdır[2].
Yas mərasimləri insan övladının özü qədər qədim tarixə malikdir.[3] Bu mərasim dünyada bilinən bütün mədəniyyətlərin ümumi rituallarından biridir. Böyük fəlakətlər, məğlubiyyətlər, ölümlər nəticəsində insanlar davranışlarıyla, sözləriylə öz kədərlərini bu mərasimlər vasitəsilə ifadə etməyə çalışmışlar.[4]
Toy ritualları, onların etnoloji və mifoloji kökləri qədim xalqların tarixi ilə qarşılıqlı surətdə öyrənilməlidir.[5] Bu, hər şeydən əvvəl qədim yazılı abidələri ətraflı şərh etmək, eyni zamanda dillərin fonetik, leksik və qrammatik quruluşunu səciyyələndirməklə sıx bağlıdır[6].
Teatr sənətinin qədim və zəngin tarixi vardır.[7] Əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, meydan mərasimləri, xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır[8]. Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik əsərlərlə yanaşı dini tamaşalar da teatr sənətinin formalaşmasında özünəməxsus rol oynamışdır.[9]
"Kütləvi tədbirlər" termini hüquq ədəbiyyatlarında geniş işlədilsə də onun normativ anlayışı yoxdur.[10] Qloballaşma və müasir ictimai münasibətlərin dinamik inkişafı krləvi tədbirlərin də keçirilməsinə bir ahəngdarlıq vermişdir[11].
Bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir[12]. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür.[13] Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur[14].
Müəyyən bir idman növündə üstün olmaq üçün bir idmançının bacarıq və bacarıqlarını inkişaf etdirməsi üçün nə lazım olduğunu nəzərə alanda, bir növ ritualın necə inkişaf edə biləcəyini görmək çətin deyil.[15] İstənilən yeni bacarığı öyrənmək — istər beysbol oynamaq, istər buzlu dağda xizək sürmək, istərsə də velosiped sürməyi öyrənmək — yeni sinir yollarının və əzələ daralmasının, çevikliyin və koordinasiyanın yeni nümunələrinin inkişafını tələb edir. Rituallara tez-tez fiziki hərəkət nümunələri daxil olduğundan, onlardan bəziləri çoxlu saatlıq fiziki təcrübənin bir hissəsi kimi yaradıla bilər[16].
Aktyor sənəti ən qədim sənətlərdəndir. Aktyorluq qrim və geyimlə deyil, həm də jestlər, mimiklər, yerişlər üzərində işləyərək bütün xarakter və xüsusiyyətləri ilə müəyyən obrazı canlandırmaq bacarığıdır.[17]
Kino sənətinin əsas növlərindən biri kimi tanınan animasiya, əsasən, uşaqlar üçün nəzərdə tutulur. Əslində, animasiya-multiplikasiya filmləri rəsmləri, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib, ardıcıl lentə almaqla yaranan növdür[18]. Animasiyada fantastika, bədii uydurma mühüm yer tutduğuna görə, mütəxəssislər bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə olunmaqla yaranan müstəqil sənət sahəsi sayırlar.[19]