Jesu — Britaniyalı Drone,Eksperimental rock proyekti. Justin Broadrick tərəfindən yaradılan qrup.
Jesu | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
Shoegazing Drone doom Post-metal Eksperimental rock |
Fəaliyyət illəri | 2003—h.h. |
Ölkə | Böyük Britaniya |
Leybl | Hydra Head, Daymare Recordings, Avalanche, Aurora Borealis, Temporary Residence Limited, Dry Run, Caldo Verde |
Heyət |
Justin Broadrick Diarmuid Dalton Ted Parsons |
Digər layihələr | Godflesh |
avalancheinc.co.uk/jesu.html | |
Vikianbarda əlaqəli mediafayllar |
2003-cü ildə Justin Broadrick tərəfindən yaradılmışdır. Justin əvvəlcə İndastrial-metal qrupu olan Godflesh-də fəaliyyət göstərirdi. Daha sonra öz tək başına Jesu qrupunu yaratdı. Jesu adını, Godflesh qrupunun Hymns albomonun Jesu adlı trekindən götürmüşdür. Justin Jesu olaraq ilk debüt “Heart Ache” adlı EP albomunu 2004-cü ildə nəşr etdi. Bu albomdan sonra Diarmuid Dalton və Ted Parsons qrupa üzv oldular. Tam heyətlə onlar ilk debüt “Jesu” adlı albomunu 2005-ci ildə nəşr etdi. Bu albom nəticəsin də onlar dinləyicilər tərəfindən xeyli tərifləndilər. Və həmin ildə qrup Avropa ölkələrin də qastrollar da çıxış etməyə başladılar. Bu ərəfədə onlar yeni EP “Silver” adlı albomlarını nəşr etdilər.
Onların ikinci studio albomları 2007-ci ildə nəşr edildi. “Conqueror” adlanan albom daha sakit və melodik tərzdə yazılmışdı. Böyük Britaniya, ABŞ , Avropa və Yaponiyada konsertlər verdilər. Həmən ildə onlar, EP “Sun Down / Sun Rise” , Split “Jesu / Eluvium” və EP “Lifeline” albomları nəşr etdilər.
Qrupun üçüncü studio albomu “Infinity” 2009-cu ildə nəşr edildi. Bu albom onlar üçün uğursuz alındı. Bu uğursuz albomdan sonra onlar dördüncü studio albomlarını “Ascension” 2011-ci ildə nəşr edildi. Mütəxisslər və resenziyaçılar tərəfindən Jesu qrupunun ən uğurlu albomu seçildi. 2013-cü ildə qrupun beşinci studio albomu “Everyday I Get Closer to the Light from Which I Came” nəşr edilmişdir.