Jiça

Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan NemaniçSerb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir.

Pravoslavlıq
Jiça
Жича
Žiča
Din
Himayəsi Serb Pravoslav Kilsəsi
Ölkə
Memarlıq
İnşa tarixi 1207 – 1217
Tikdirəni
Jiça xəritədə
Jiça
Jiça
Saytı
zica.org.rs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur.[1] Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi.

Jiça monastırının girişi

1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur.[2] Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.[2]

1221-ci ildə Jiça monastırında Boqomilizmi qınayan sinod keçirildi.[3]

1276-92-ci illər arasında kumanlar monastırı yandırsalar da, Kral Stefan Milutin onu təmir etdirmişdir.

1941-ci ildə Serbiyadakı üsyan zamanı Kraljevo mühasirəsi içərisindəki ilk atışmalar 9 oktyabr 1941-ci ildə günortadan sonra Jiça monastırı yaxınlığında başladı. 10 oktyabrda alman hava qüvvələri beş təyyarə istifadə edərək Jiça Manastırını bombaladı və kilsəsinə əhəmiyyətli dərəcədə zərər verdi.[4] Monastır yaxınlığında döyüş, Almanlar üsyançı xətləri qıraraq monastırı atəşə verdikdə 11 Oktyabrın səhərinə qədər davam etdi.

Jiça 1889-cu ildə
  1. "Споменици културе у Србији". Spomenicikulture.mi.sanu.ac.rs. 1947-10-25. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-24. (#empty_citation)
  2. 1 2 Silvio Ferrari, W. Cole Durham, Elizabeth A. Sewell, Law and religion in post-communist Europe, 2003, p. 295; ISBN 978-90-429-1262-5
  3. A. P. Vlasto. The Entry of the Slavs Into Christendom: An Introduction to the Medieval ... 2 oktyabr 1970. səh. 222. ISBN 9780521074599. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-24.
  4. Nikolić, Kosta. Dragan Drašković, Radomir Ristić (redaktor). Kraljevo in October 1941. Kraljevo: National Museum Kraljevo, Historical Archive Kraljevo. 2003. səh. 32.