Qraçanitsa monastırı

Qraçanitsa monastırı (serb. Манастир Грачаница; alb. Manastiri i Graçanicës) ― Kosovada yerləşən Serb pravoslav monastırı. Serbiya kralı Stefan Milutin tərəfindən 1321-ci ildə 6-cı əsrə aid köhnə bazilikanın dağıntıları üzərində inşa edilmişdir. Monastır 1990-cı ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmiş, 13 iyul 2006-cı ildə[2] isə "Kosovadakı Orta əsr abidələri" adı altında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bütün ərazi tamailə Təhlükədə olan Ümumdünya irsi siyahısına daxil edilmişdir.[3]

Pravoslav
Qraçanitsa monastırı
Манастир Грачаница
Din
Həsr olunub Theotokos
Himayəsi Serb Pravoslav Kilsəsi
Ölkə
Memarlıq
İnşa tarixi 1321
Tikdirəni Kral Stefan Milutin
Üslubu Serb-bizans üslubu
Qraçanitsa monastırı xəritədə
Qraçanitsa monastırı
Qraçanitsa monastırı
Saytı
manastirgracanica.rs
Rəsmi adıMedieval Monuments in Kosovo
TipiMədəni
Kriteriyaii, iii, iv
Tarixi2004 (28-ci sessiya)
İstinad nöm.724-004bis
Ölkə Serbiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qraçanitsa monastırı kral Milutinin son ianələrindən biridir.

Monastır Priştinadan 5 kilometr (3.1 mil) məsafədə, Kosovo sahəsindəki Sitnitsa çayının sağ qolu olan Qraçanka çayının sol sahilində yerləşir. Monastırın adı slavyan dilində istehkam şəhərlərin toponimi olan Gradats-dan götürülmüşdür.[4]

Kilsənin modelini tutan Stefan Milutin freskası, təxm. 1321-ci il.

Qraçanitsa 6-cı əsrə aid erkən xristian bazilikasının dağıntıları üzərində inşa edilmiş 13-cü əsr kilsəsinin dağıntıları üzərində tikilmişdir.

Keçmiş monastır kompleksindən yalnız kilsə xilas oldu. Bir neçə onillikdən sonra qərb fasadındakı freskaları qorumaq üçün tikiliyə narteks və qüllə əlavə edildi. Narteks 1379-1383-cü illər arasında qüllənin Osmanlılar tərəfindən yandırıldığı və bu alov zəngin əlyazma kolleksiyasını və digər qiymətli əşyaları yandırdığı zaman bir neçə dəfə ciddi şəkildə zərər görümüş və 1383-cü ildə yenidən inşa edilmişdir. Qranitsa Kosovo Döyüşü (1389) zamanı yenidən zərər görmüşdür.

Osmanlı hakimiyyəti dövründə Qranitsa əhəmiyyətli mədəniyyət mərkəzinə çevrildi.XVII əsrin sonlarına doğru, serblərin xristianların tərəfində iştirak etdiyi Vyananın ikinci mühasirəsindən sonra, Osmanlı-Müqəddəs İttifaq müharibəsində monastıra yenidən ziyan dəydi. Türklər qurğuşun xaçı götürdülər kilsədə gizlədilən xəzinə ilə birlikdə döşəmə plitələrini çıxardılar.

Tikili İkinci Dünya müharibəsindən sonra rahibələr tərəfindən yeniləndi və o zamandan bəri monastır kimi xidmət edir. Bu gün monastırda ikona boyama, kənd təsərüffatı, tikiş və digər monastir itaətkarlıqlarında fəal olan 24 bacı var.

1999-cu ildə monastır NATO təyyarələri tərəfindən iki dəfə bombalandı.[5] Kosovo müharibəsindən (1998–1999) sonra yepiskop rəsmi iqamətgahı Prizrendən bu monastıra köçürmüş və o zamandan bəri monastır nəyin ki, ən vacib kilsə, həm də Serb cəmiyyətinin Kosovadakı milli və siyasi mərkəzi olmuşdur.

Monastır 1990-cı ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmiş və 13 iyul 2006-cı ildə "Kosovodakı Orta Əsr Abidələri" adı ilə UNESCO-nun Ümumdünya irsi və həmçinin, Təhlükədə olan Ümumdünya irsi siyahısına daxil edilmişdir.[6]

  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. Centre, UNESCO World Heritage. "Medieval Monuments in Kosovo". UNESCO World Heritage Centre (ingilis). 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  3. Centre, UNESCO World Heritage. "World Heritage Committee puts Medieval Monuments in Kosovo on Danger List and extends site in Andorra, ending this year's inscriptions". UNESCO World Heritage Centre (ingilis). 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  4. ALEKSANDAR LOMA. LA TOPONYMIE DE LA CHARTE DE FONDATION DE BANJSKA: Vers la conception d’un dictionnaire des noms de lieux de la Serbie medievale et une meilleure connaissance des structures onomastiques du slave commun. Srpska akademija nauka i umetnosti. 2013. 133, 199, 260. ISBN 978-86-7025-621-7. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-28.
  5. Adam Jones (ed.), Genocide, War Crimes and the West: History and Complicity, 2004.
  6. UNESCO. "List of World Heritage in Danger". 2006. 2015-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2013.