Jineologiya (kürd. Jineolojî) — feminizm və gender bərabərliyinin Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanın müdafiə etdiyi forması.[1][2] Orta Şərq cəmiyyətlərində qadınları məhdudlaşdıran namusa əsaslanan dini və qəbilə qaydaları fonunda Öcalan "qadınlar azad olmadıqca bir ölkə azad ola bilməz" demiş, qadınların azadlığının səviyyəsinin ümumən cəmiyyətdə azadlıq səviyyəsini müəyyən etdiyini bildirmişdir.[3]
Jineologiya demokratik konfederalizmin tərkib hissəsidir, Şimali və Şərqi Suriyanın Muxtar Administrasiyasının idarəçiliyində dəstəklənən fəlsəfədir.
Kürdüstan İcmalar İttifaqı (KCK) Demokratik Birlik Partiyası (PYD) və PKK-nın daxil olduğu çətir təşkilatdır. 2005-ci ildə KCK ayrıca kürd dövləti qurmaq məqsədindən əl çəkmiş və bunun əvəzinə demokratik konfederalizmin tərəfdarı olmuşdur. 2012-ci ildə PYD Şimali Suriyanın böyük bir hissəsinə nəzarəti ələ keçirmiş və demokratik konfederalizm modeli altında özünüidarəni həyata keçirərək muxtariyyət elan etmişdir. Şimali və Şərqi Suriya Muxtar İdarəsi kimi tanınan bu region 2016-cı ildən əvvəl Suriya ərazisinin təxminən beşdə birini təşkil edirdi. PYD-nin hərbiləşdirilmiş qüvvəsi Xalq Qoruma Dəstələri (YPG) və Qadın Qoruma Dəstələrindən (YPJ) ibarətdir.[4]