Jinvali su anbarı

Jinvali su anbarı
Jinvali su anbarı 42°09′05″ şm. e. 44°46′01″ ş. u.HGYO
Jinvali su anbarı
42°09′05″ şm. e. 44°46′01″ ş. u.HGYO
Ölkə  Gürcüstan
RayonDuşeti
ŞəhərJinvali
Sahəsi11,5 mln m²
Həcmi0,52 m³
Orta dərinliyi45 m
Tökülən çaylarMtiuleti Aragvisi, Pşavi Aragvisi
Axan çaylarAragvi
Jinvali su anbarı (Gürcüstan)
Jinvali su anbarı (Qafqaz)
Jinvali su anbarı Vikianbarda

Jinvali su anbarı (gürc. ჟინვალის წყალსაცავი) — Şərqi Gürcüstanda, Duşeti bələdiyyəsində, Tbilisidən 70 km məsafədə, Jinvali qəsəbəsinin şimalında yerləşən kompleks təyinatlı su anbarıdır. Aragvi çayının ortasında, Alevi, GudamakariKartli silsilələri arasında yerləşir. Ümumi ərazisi 11,5 km². Suyun həcmi 520 mln. m³, faydalı həcmi 370 mln. m³.[1] Maksimal dərinlik 75 m.[2] 1985-ci ildə, Aragvi dərəsində Jinvali su elektrik stansiyasının tikintisi ilə əlaqədar yaradılmışdır. HES-in qazandıran elektrik enerjisi 130 min kilovatdır. Jinvali anbarı tikiləndə, Aragvi çayının bir hissəsi ləğv olundu və çayın keçmiş hissəsində ekosistem artıq mövcud deyil.[3] Tbilisi su təchizatının tədarükündə Jinvali su anbarı çox vacibdir. Qeyd etmək lazımdır ki, anbar Tbilisi əhalisinin təxminən yarısı İçməli su ilə təmin edir. Jinvali su elektrik stansiyasının tikintisi zamanı, XII əsrdə tikilmiş kilsə su altında qalıb, hansı 6 ay ərzində su altında qalır və qalan 6 ay su üzünə çıxır.

  1. Gürcüstan coğrafiyası, Kitab I, s. 52, Tbilisi, 2005
  2. "Jinvali su anbarı — Coğrafi məlumatlar". 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
  3. საპილოტე მდინარის აუზის მართვის გეგმა მდინარე არაგვისთვის[ölü keçid]