Jiralda ekzoxordası

Jiralda ekzoxordası (lat. Exochorda giraldii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin ekzoxorda cinsinə aid bitki növü.

Jiralda ekzoxordası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Çinin şimal-şərq hissəsində yayılmışdır. Mədəni şəraitdə Krımda və Qafqazda becərilir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m, çətrinin diametri 1,7 m olan şaxəli koldur. Cavan budaqları qırmızımtıl-boz rəngli, çılpaqdır. Yaşlı budaqları isə qırmızı-qonur rənglidir. Yarpaqları açıq yaşıl, 8-10 sm uzunluğunda, neştərvari, tam kənarlı, uc hissəsi dişlidir. İyun ayında çiçəkləyir. Çiçək saplağı 0,7-1 sm uzunluğundadır. Uzunluğu 4 sm olan ağ rəngli çiçəkləri salxım çiçək qrupunda toplanmışdır. Çiçək salxımı zoğların uc hissəsində olmaqla, bir çiçək salxımında 5-8 ədəd çiçək yerləşir. Meyvələri oktyabr ayında yetişir. Bitki 5 yaşından çiçəkləməyə başlayır.

İstiyə, işığa, rütubətə davamlı bitkidir. Torpağa çox da tələbkar deyildir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Bakı Nəbatət bağında normal böyüyərək inkişaf edir. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.

Park və bağlarda yaşıllaşdırma işlərində geniş istifadəsi mümkündür.