Bu məqaləni vikiləşdirmək lazımdır. |
Jizel Bündhen (Gisele Bündchen, 20 iyul 1980[1]) — Braziliya supermodeli.
Jizel Bündhen | |
---|---|
port. Gisele Bündchen | |
Doğum tarixi | 20 iyul 1980[1] (44 yaş) |
Həyat yoldaşı | |
Uşaqları | 3[4][5] |
Partnyorları | |
Fəaliyyəti | model[d], ətraf mühit fəalı, aktrisa, yazıçı, biznes ledi, podium modeli[d], fotomodel[d] |
Fəaliyyət illəri | 1995–2015 |
giselebundchen.com.br | |
Vikianbarda əlaqəli mediafayllar |
Braziliya əsilli olub dünyanın ən varlı supermodeli kimi tanınan cəlbedici model Gisele Bündchen 13 yaşı olarkən kəşf olunmuşdur. Əslində model olmamışdan öncə Gisele Bündchen peşəkar voleybolçu olmaq istəyirdi. Karyerası boyunca Gisele Bündchen Balenciaga, Celine, Givenchy, Bvlgari, Louis Vuitton və Victoria’s Secret və s. kimi dünya şöhrətli markalar üçün işləmişdir.
Bündchen iyul ayının 20-si 1980-ci ildə Tres de Maioda anadan olmuş, Horizontina, Rio Grande do Sulda boya başa çatmışdır. Onun valideynlərinin hər ikisi alman idilər. Anası Vânia Nonnenmacher bank işçisi, atası Valdir Bündchen universitetdə müəllim və yazıçı olmuşdur. Beş bacısı var – Raquel, Graziela, Gabriela, Rafaela və Giseldən beş dəqiqə əvvəl dünyaya gəlmiş əkiz bacısı Patricia. Giselenin əsas ana dili portuqal dilidir, lakin əlavə olaraq o, ispan və ingilis dillərini də bilir.
Gisele Bündchenin model karyerası belə deyək tam təsadüfi alınmışdır. Belə ki, hələ 12 yaşındaykən Giselenin anası onu və iki bacısını modellik kurslarına yazdırır ki, onlarda özünəgüvən yaransın.
1993-cü ildə 13 yaşında anasının israrı üzərinə Gisele bacıları Gabriela və Patricia ilə model kurslarına başladı. Eyni ildə, Bündchen sinif yoldaşları ilə bərabər Sao Paulo şəhərinə ekskursiyaya gedir. Ticarət mərkəzlərindən birində rəfiqələriylə birlikdə McDonald’sda yemək yeyərkən Gisele bir model agentliyi tərəfindən kəşf olunmuşdur. O, milli "Elite Look of the Year" yarışmasına qatılaraq Claudia Menezesi ikinci yerde qoyaraq, özü birinci yerə layiq görülmüşdür. İspaniyanın İbiza şəhərində keçirilən dünya səviyyəli gözəllik yarışmasında o, dördüncü yerə layiq görülmüşdür. 1996-cı ildə Gisele Nyu-Yorka köçərək burada keçirilən Moda həftəsində öz debütünü etdi. 1999-cu ildə o, ilin VH1/Vogue Model nominasiyasında birinci yeri qazandı və 2000-ci ildə üç dəfə VOGUEnin fəxri npmrələrində üz qabığında yer almışdır. 2000-ci ildə o Rolling Stone jurnalının üz qabığında yer almış dördüncü model oldu və "ilin ən gözəl qızı" seçildi. Bündchen W, Harper’s Bazaar, ELLE, Allure də daxil olmaqla Vogue-un beynəlxalq nəşrlərində, eyni zamanda, i-D, The Face, Arena, Citizen K, Flair, GQ, Esquire və Marie Claire jurnallarının üz qabığında yer almışdır. 2001–2006-cı illərdə o, 500-dən artıq jurnalın üz qabığında görünmüşdür.
Bündchen əsasən artıq özlərini sübut etmiş Mario Testino, Steven Meisel, Nick Knight, Mert və Marcus, Rankin, Annie Leibovitz, Karl Lagerfeld, Peter Lindbergh, David LaChapelle, Mario Sorrenti, Nino Munoz və Patrick Demarchelier kimi fotoqraf və Baptiste Mondino və Bruno Aveillan kimi rejissorlarla işləyir.
2008-ci ilin 26 avqustunda New York Daily News Gisele Bündcheni moda dünyasının 4-cü ən güclü adamı kimi qələmə verdi.
2009-cu ilin 12 mayında The İndependent onu moda tarixinin ən böyük ulduzu adlandırdı.
Bundchen Christian Dior, Balenciaga, Loewe, Mervyn’s, Dolce & Gabbana, Missoni, Versace, Givenchy, Bvlgari, Lanvin, Guerlain, Valentino, Ralph Lauren, Earl Jean, Zara, Chloé, Michael Kors, Louis Vuitton və Victoria’s Secretin müxtəlif mövsümlərdəki reklam aksiyalarının üzü olmuşdur. O Nivea losyonunun reklamlarında yer almaqla bərabər Vivo, Multiplan (ticarət mərkəzləri zəncirləri), Colcci, CrediCard (Citibank) və Volkswagen do Brasil kimi Braziliya brendlərinin üzü olmuşdur. C&A Braziliya Bündcheni reklam modeli olaraq seçdikdən sonar televiziya reklamlarında yer aldı və nəticədə həmin şirkətlərin satış rəqəmlri 30% artdı.
2006-cı ilin mayında Bündchen o zaman Amerikanın ən böyük şirkətlərindən olan Apple İnc. Ilə digər bir multi-milyonluq müqavilə imzaladı. O, Macintoshun yeni seriya buraxılışının reklamlarında çıxış etmişdir. Baxmayaraq ki, 2006-cı ildə o artıq lüks qol saatları istehsalçısı olan İsveçrə şirkəti Ebellə müqavilə imzalamışdı.
2007-ci il mayın 1-də elan olundu ki, Gisele Bündchen Victoria`s secretlə olan müqaviləsinə son vermişdir.
2007-ci ilin iyul ayında Forbes jurnalının hazırladığı siyahıda ötən 12 ayda 33 milyon ABŞ dollar qazancla Gisele Bündchen birinci yeri tuturdu.
Aktyor Leonardo DiCaprio və sörfingist Kelly Slater ilə olan münasibətlərdən sonra o, 2009-cu il fevralın 26-sında 3 ildi bir yerdə olduğu boyfriend Tom Brady ilə evləndi. 2009-cu il iyunun 19-da People jurnalı Giselenin hamilə olduğunu açıqladı və dekabrın 14-də uşaq dünyaya gəldi və adını Brad qoydular.
2004-cü ildə Bündchen film sənayesinə qatıldı. O "Taxi" filminin yenidən işlənmiş versiyasında bank oğrularının lideri – Vanessa olaraq çıxış edir. 2006-cı ildə isə o, "The Devil Wears Prada" filmində ikinci dərəcəli rolu almışdır.