JonDo

JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır[1]. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır[2]. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir[3].

JonDo
Müəllif JonDos GmbH
Proqramlaşdırma dili Java
Əməliyyat sistemi Cross platform
İnterfeysin dili Java
Platforma JVM
Lisenziya BSD lisenziya
Sayt anonymous-proxy-servers.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Arxivlənmiş surət". 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10.
  2. "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10.
  3. "Arxivlənmiş surət". 2005-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]