Proksi server

Proksi server kompüter şəbəkələrində elə bir serverə deyilir ki, aralıq xidmət kimi fəaliyyət göstərərək istifadəçilərin başqa serverlərdən axtardığı resursları onlara çatdırır[1]. İstifadəçi proksi serverə müxtəlif məqsədlərlə qoşula bilər: xidmətə çıxış, fayl endirmək, bağlantı, internet səhifəsinə baxmaq və s. Proksi server ona göndərilən siqnali filtrasiya qaydalarına əsasən nəzərdən keçirir, məsələn İP ünvan və ya protokola görə filtrasiya edə bilir. Əgər göndərilən siqnal filter vasitəsilə dəstəklənirsə, onda proksi server müvafiq serverə bağlantını yaradır və xidməti istifadəçiyə çatdırır. Proksi server seçim üzrə istifadəçinin siqnalını və serverin cavabını dəyişə bilər və bəzən müəyyən serverlə əlaqə qurmadan xidməti reallaşdıra bilər. Bu halda o keşdən olan cavabları istifadəçiyə çatdırır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2011-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]