Jonkier burnu — Rusiya, Saxalin vilayəti, Saxalin adasının qərbində yerləşən burun. Aleksandrovsk-Saxalinski rayonu ərazisində yerləşir. Burun Saxalin adasının mərkəzi hissəsində, 51-ci paralel üzərində yerləşir. Tatar boğazının daxilinə doğru bir necə yüz metr uzanır. Maksimal hündürlüyü 171, 7 mertrdir. Burunun qarşı tərəfində, Aleksandrovsk-Saxalinsk rayonunun gerbində və Aleksandrovsk-Saxalinsk şəhərinin bayrağında əks olunmuş Üç Qardaş qayaları vardır. Buruna adı 1787-ci ildə fransız dənizçi Jan Fransua de Laperuz fransız admiralı, Yeni Fransanın general-qubernatoru Jak-Pier de la Jonkierin şərəfinə adlandırmışdı[1]. Burun Valentin Pikulun "Katorqa" rpomanında təsvir edilir.
Jonkier burnu | |
---|---|
Yerləşməsi | |
50°53′34″ şm. e. 142°07′06″ ş. u.HGYO | |
Akvatoriya | Sakit okean |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1897-ci ildə Jonkier burnunda hazırda da fəaliyyət göstərən mayakı inşa edilmişdir. 1880–1883-cü illərdə isə Aleksandrovski katorqaçıları mayaka tunel qazmışlar[2]. 2011-ci ildə mayakına aparan tunelin təmiri ilə bağlı tender elan edilmişdir. Tender 2 100 000 rublla məhdudlaşırdı[3].
Pikuldan Anton Çexovun "Saxalin adası" romanında da burunun adı çəkilir.