Tatar boğazı - Avrasiya materikini Saxalin adasından ayırır. Oxot dənizinı isə Yapon dənizi ilə birləşdirir. Boğazın sularında Amur limanı yerləşir və üstəlik boğazı Saxalin körfəzinin suları yuyur. Yaponiyada Mamiya Rinzonun şərəfinə Mamiya boğazı (間宮海峡, Mamiya kaykyo?) kimi tanınır.[1]
Tatar boğazı | |
---|---|
Ümumi məlumatlar | |
Eni | minimum 7,5 km |
Uzunluğu | 663 km |
Ən böyük dərinliyi | 172 m |
Yerləşməsi | |
49°19′00″ şm. e. 141°13′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Saxalin adasını Avrasiya materikindən |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Uzunluğu 663 km, eni isə cənubda 324 km, simalda 40 km təşkil edir. Ən dar yeri 7,5 km-dir. Boğaz Yapon dənizinin ən soyuq hissəsiidir. Belə ki dənizin donan hissəsinin 90% buranın payına düşür. Boğaz cənub hissədə 40-80 gün, şimalda isə 140-170 gün buzla örtülü olur. Buz örtüyünün qalılığı isə 1,5 m catır.
Stalin dönəmində Saxalin adasına boğaxın altı ilə tunel tikintisi planlaşdırılır və həyata keçirilməyə başlasada axıra catdırılmır. Sonradan damba tikintisi planlaşdırılasada 1968-ci ildən müəyyən vaxta qədər təxirə salınır. Əgər damba tikintisi reallaşsa o zaman boğazın cənubunda donma zəyifliyə bilərdi.
Adın etimalogiyasına gəldikdə isə bu türk adıdır. X-XVIII əsrlərə qədər bütün türklər tatar olaraq adlanırdı. Belə ki, bu Avrasiyanın şərqində, Saxalin adası və Kuril adalarında Tatarların yaşaması ilə bağlıdır.