Jonqar-Alatau Milli Parkı ( qaz. Жоңғар Алатауы ұлттық паркі, Jońǵar Alataýy ulttyq parki) ― Qazaxıstanın Çinlə cənub-şərq sərhədində yerləşən, təcrid olunmuş, buzlu dağ silsiləsi. Ərazinin unikal ekologiyasını qorumaq üçün 2010-cu ildə burada milli park yaradılmışdır.[1] Parkın yaradılmasının səbəblərindən biri ərik, zirinc, albalı və qarağat da daxil olmaqla bəzi vəhşi meyvə ağaclarının meşələrini qorumaqdır. Parkın ərazisinin təqribən 1%-i dünyadakı bütün mədəni alma növlərinin ataları olan Sievers alması ağaclarından ibarət meşələrdir.[2]
Jonqar-Alatau Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 3 560,22 hektar |
Yaradılma tarixi | 30 aprel 2010 |
Yerləşməsi | |
45°15′19″ şm. e. 80°46′37″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Almatı vilayəti |
fhc.kz/kz/forest/330/593… | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Park qərbdən şərqə 300 km məsafə boyunca uzanır və Almatı vilayətinin Aksu, Sərkənd və Alakol rayonlarından keçir.
Park, cənubda Tyan-Şan, şimalda isə Altay Dağları olmaqla iki dağ arasında uzanan Cynqariya Alatausunun şimal yamacında yerləşir. Parkın ərazisi dağlıqdır. Parkın şimalından və qərbindən Balxaş gölünə müvafiq olaraq iki əsas çay - Aksu çayı və Lepsi çayı axır. Dağlarda böyük buzlaqlar var.[1]
Jonqar-Alatau Milli Parkında soyuq yarımsəhra iqlimi hakimdir. Orta və yüksək hündürlüklərə daha çox yağıntı düşsə də və bu hündürlüklər ətraf bölgədən daha soyuqdur. Jonqar-Alatauda temperatur yanvar ayında ortalama −1.9 °C (28.6 °F), iyulda isə 25.9 °C (78.6 °F)-dir. Orta yağıntı ildə 362 mm-dir və hündürlük və yerləşmə səbəbindən fərqlənə bilər.[3]
Parkın ərazisi bioloji müxtəlifliyə görə Qazaxıstanda Altay bölgəsindən sonra ikinci yerdədir. Buna səbəb ərazinin bir çox coğrafi və iqlim zonası üçün keçid zonasında olması, həmçinin kəskin hündürlük fərqidir. Hündürlük zonaları aşağıdan yuxarıya müvafiq olaraq səhra, otlaq, kolluq, meşə, çəmən və alp çəmənliyi olaraq bir-birini əvəz edir. Ərazinin florası 112 ailədən və 622 cinsdən ibarət 2168 növ bitkini əhatə edir. Növlərin 76-sı bölgə üçün endemikdir.[4]
Meşələr əsasən şam və küknardan ibarət olsa da, parkda əhəmiyyətli vəhşi meyvə ağacları da mövcuddur. Bunlardan ən çox tanınanı dünyadakı bütün alma növlərinin mənbəyi sayılan Sievers almasıdır. (Malus sieversii).[5][1]
Parkda son illərdə çox sayda qar bəbiri qeydə alınmışdır.[6][7]