Jorj Qurviç (rusca- Гео́ргий Дави́дович Гу́рвич; fransızca- Guéorgui Davidovitch Gourvitch) Rus əsilli Fransız sosioloqu.
Qurviç | |
---|---|
Georgi Davıdoviç Qurviç | |
Doğum tarixi | |
Doğum yeri | Novorossiysk, Rusiya |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Təhsili | |
Fəaliyyəti | sosioloq, vəkil, universitet müəllimi[d] |
Partiyası | |
Üzvlüyü |
|
Georgi Davıdoviç Qurviç (sonradan adı J.Qurviç kimi göstəriləcək) Novorossiysk şəhərində 20 oktayabr (yeni təqvim ilə 2 noyabr ) 1894-cü ildə anadan olmuşdur.
1912-ci ildə J.Qurviç Riqada Nikoloy gimnaziyasının 8 illik kursunu bitirmişdir. Xatirələrdən məlum olur ki, hələ 14 yaşında gimnaziya şagirdi olan Qurviç fəlsəfə və sosologiyaya aid bir çox əsərlərlə tanış olmuşdur. Tanış olduğu ədəbiyyat sırasında K.Marksın, F.Engelsin, məşhur marksistlər və sosialist hərəkatının liderləri olan C.Kautskinin, G.Plexanovun,V.Leninin, M.Ştirnerin əsərləri də olmuşdur. 1912-ci ildən etibarən I Dünya müharibəsi başlayana qədər hər yay o, Almaniyaya istirahətə gedirdi. Bu müddətdə Qurviç neokantçıların əsərləri ilə tanış olmağa imkan tapmışdır. 1912-ci ilin iyun ayında J.Qurviç Yuryer Universitetinin hüquq fakultəsinə qəbul olundu. Burada ilk altı semestri oxuyan Qurviç professorları A.S.Yaşşenko, F.V.Taranovski, M.E.Krasnojen, L.A.Şalland tərəfindən oxunan hüquq fəlsəfəsi Roma hüquqi tarixi, siyası iqtisadi, statistika , kilsə, dövlət ticarət hüququ üzrə mühazirələri dinləmişdir. 1914-cü ilin avqust ayında J.Qurviç Petoqrad Universitetinə keçmək haqqında məsələ qaldırdı. Buraya o, 13 avqust 1915-ci ildə, altı semestri məqbul ödəyəndə sonra keçirildi. Petroqrad Universitetinin professorları sırasında ona ən çox təsir edən görkəmli rus hüquqşunası L.İ.Petrajitski olmuşdur. L.İ.Petrajitskinin keçirdiyi nəzəri seminarlarda J.Qurviç S.İ.Hessen ilə tanış oldu, sonrada isə onunla dostluq etməyə başladı. 1917-ci ildə J.Qurviç Peterburq universitetində magistr dərəcəsini qazandıqdan sonra, professor adını almağa hazırlaşırdı. 1920-cı ildə o, doktorata qəbul olundu, sonradan –tədris kursu aparmaq hüququnu qazandı. Bütün bunlara baxmayaraq, bir neçə aydan sonra Rusiyanı tərk etməli, mühacirətə getməli olmuşdur. İlk əvvəl J.Qurviç Berlində qalırdı. Burada 1921-ci ildə "Xarici rus alimlərinin əsərləri"ndə o, özünün "XVII-XVIII" əsərlərin siyasi dokrtinasında ayrılmaz hüquqlar ideyası" adlı məqaləsini dərc etmişdir. O burada həm də İ.Frixtenin fəlsəfəsi haqqında ilk fəlsəfi əsərini yazmışdır. (Die Einheit des Fichtes Philosophic) 1923-cü ildən etibarən J.Qurviç Praqada yaşayır. Praqada J.Qurviç Karlovo Universitetinin rus hüququ fakültəsində dərs deyir, hüquq fəlsəfəsi tarixi kafedrasının dosenti vəzifəsində çalışır. Bu kafedraya Kiyev Universitetinin sabiq rektoru, dövlət hüququ doktoru Y.V.Spektorski başçılıq edirdi. Fakültənin müəllimləri sırasında bir qrup Avrasiya nümayəndələri çalışırdı, ən fəal N.N.Alekseyev, P.N.Savitski, Q.V.Vernadski, Y.V.Spektorski daha fəal idilər. J.Qurviç və fakültənin digər müəllimləri onlarla diskussiya aparırdılar.[1]
1925-ci ildən etibarən J.Qurviçin yeni, Fransa ilə bağlı mərhələ başlamışdır. 1925-1927-ci illərdə o, Parisdə Slavyan İnstitutunda işləmiş, həm də Paris Universitetinin nəzdində olan rus hüquqi fakültəsində dərs demişdir. 1927-ci ildən etibarən J.Qurviç Sorbonnada dərs deyir. Bu məşhur universitetdə o, L.Brünsvikin dəvəti ilə "Alman fəlsəfəsində müasir tenndensiyalar" mövzusunda açıq mühazirələr kursunu oxumağa başlamışdır. 1928-ci ildə J .Qurviç Fransa vətəndaşlığını qəbul etdi. Bu, düşünülmüş addım idi. Qurviç, ən birinci köçən rus mühacirlərinin həyata nikbin yanaşmasını qəbul etmirdi: sonuncular, Rusiyanı tərk edəndən sonra, uzun müddət belə bir ümidlə yaşayırdılar ki, bu vəziyyət nəhayət, qurtaracaq və çox tez bir zamanda geriyə qayıtmaları mümkün olacaqdır. Vəziyyət dəyişmirdi: Rusiyada yeni rejim, əksinə günü – gündən möhkəmlənirdi. Bununla belə J.Qurviç rus miqrasiyasının ictimai həyatında yaxından iştirak edirdi. Parisdə nəşr olunan aparıcı ictimai-siyasi və əbədi "Müasir qeydlər"jurnalında J.Qurviç 1924-cu ildən başlayaraq, bir sıra məqalələrini nəşr etdirmişdir: "Ən yeni alman ədəbiyyatı baxımından sosializm idiologiyası" (1924,c18), "Dövlət və sosiolizm" (1925,c.25); "Fransa sindikalizm idiologiyasında ən yeni təkamül" (1925,c.24); "Prudon və müassirlik" (1927,c.39); "Bolşevizm və Avropa ilə barışıq" (1925,c.26); "Demokratiyanın gələcəyi" (1927,c.32); "Əxlaq və din" (1926,c.29); "Sosiolizm və mülkiyyət" (1928,c.36); və.s. Bundan başqa, "Müasir qeydlər"də o, N.N.Alekseyevin , N.A.Berdyayevin, B.P.Vışeslavsevin, M.Y.Lazarsonun, T.Q.Masarikinin, F.V.Tarnavskinin əsərlərinə yazdığı rəyləri dərc etdirmişdir. J.Qurviç "Müasir qeydlər"də sonuncu yazısı –B.P.Vışeslavsevin "Döndərilmiş Erosun etikası"adlı kitabına yazılan rəy olmuşdur. 1932-ci ildə J.Qurviçin "Sosial hüquq ideyası" nəşr olunur. (L`idee du droit sosial); bu əsərin üzərində o, hələ Rusiyada olarkən işləyirdi. Məhz bu əsər onu beynəlxalq aləmə tanıtdı. 1932-1934-cü illərdə Qurviç, professor vəzifəsində çalışaraq, Sevin Kollecində fəlsəfə, 1934-1935-ci illərdə Bordo universitetində sosiologiyadan dərs demişdir. 1935-ci ildə o, M.Halbvaks Strasburq universitetinin kofedrasında əvəz etdi. Sonrakı beş il ərzində o, özünün ən çox şöhrət qazanmış əsərlərini nəşr etmişdir.[2][3]
Hərbi əməliyyatlar qurtarandan sonra J.Qurviç 1945-ci ilin sentyabr ayında yenidən Fransaya qayıdır və Sorbonnada professor vəzifəsini alır. Həmin dövrdən etibarən J.Qurviç Fransa sosiologiyasının əsas simalarından birinə çevrilir. 1946-cı ildə o sosioloji tədqiqatlar mərkəzini yaradır (Le centre d'etudes sociologiques). Həmin mərkəz elmi tədqiqatların milli mərkəzinin laboratoriyası nəzdində yaradılmışdır. (Centre national de la recherche scientifique). Həmin il Qurviç Beynəlxalq sosiologiya jurnalını nəşr etməyə başlamışdır, sonuncusu isə "Sosioloji illik məcmuə" çıxana qədər yeganə sosioloji jurnal olmuşdur (L'annee sociologique) (1949-1953)
1948-ci ildən etibarən J.Qurviç Paris universitetinin sosiologiya üzrə professoru və Tətbiqi tədqiqatlar ali məktəbinin (Le'cole pratique des Hautes e'tudes ) direktoru vəzifələrində çalışmışdır.1960-1963-ci illərdə o, Fransanın Elmi tədqiqatların koordinasiyası üzrə milli mərkəzinin nəzdində Sosiologiya və demoqrafiya üzrə komissiyasının prezidenti kimi məsul vəzifə tutmuşdu.[4]
Qeyd etmək lazımdır ki, J.Qurviç heç vaxt sırf akademik alim olmamışdır. Əksinə, o siyasi cəhətdən çox fəal olmuşdur; bunu müxtəlif faktlar təsdiq edir: o, 1917-ci ilin rus inqilabı hadisələrində, hərbi əməliyyatlarda (Fransa ərazisində), antifaşist hərəkatında (buna görə Fəxri legion ordeni ilə təltif edilmişdir) iştirak etmişdir.
J.Qurviç Parisdə, 1965-ci ilin dekabrın 10-da vəfat etmişdir.[5]
Onun əsərlərindən ən əhəmiyyətli hesab olunanları aşağıdakılardır: "Sosial determinizm və insan azadlığı"(1955), " Dialektika və sosiologiya" (1962), "Sosiologiyanın indiki vəzifələri" "K.Marksın dövründən bu günə qədər sosial siniflər anlayışı"(1958), "İdrakın sosial hədləri"(1967). Bundan başqa, J.Qurviçin rəhbərliyi altında bir sıra iri, kollektiv əməyinin məhsulu olan əsərləri, o cümlədən "20 əsrdə sosiologiya" (1945), "Sənayeləşmə və texnologiya" (1949), "Sosioloji traktat" (1958,1960) adlı kitabları nəşr olunmuşdur.
Fransa sosiologiyasının xalis emprimizə istiqamətlənməsi J.Qurviçi çox narahat edirdi. Məhz bu səbəbdən, onun fikrincə sosiologiya özündən iki təhlükəni uzaqlaşdırmalı idi: J.Stesel tərəfindən elan edilmiş sırf analtik empirizmi və sırf nəzəri quraşdırmaları. O, sosiologiyanın hədsiz dərəcədə amerikalaşmasına qarşı çıxış edirdi. Bu məqsədlə o, 1956-cı ildə belçikalı A.Jann ilə birgə frankdilli sosioloqlar assosasiyasını yaratmışdır. J.Qurviç həm də üst-üstə qalanmış, nəzəri quraşdırmalar hesab etdiyi dürkheymçilik, markizm, struktur funksionalizm və strukturalizmin, determinizimin, o cümlədən ehkamçılığın kökünü kəsmək lazımdır.[6]
P.Prudon və K.Marksın metodologiyasına uyğun olaraq, J.Qurviç sosiologiyanın vəzifəsini qlobal cəmiyyətlərin təhlilində görür və hamı tərəfindən qəbul olunmuş nəzəri müddəalara heç bir əlaqəsi olmayan, fraqmentar (natamam) işlərə öz narazılığını bildirir. Burada o, M.Moss tərəfindən təklif olunmuş total sosial fakt anlayışının vacibliyini qeyd edir, çünki burada ayrı-ayrı hadisələrin öyrənilməsi qlobal cəmiyyətin mənaları nisbətində aparılır.[7]
Qurviçin sosioloji konsepsiyası, ilk baxışdan özünün realist və plüralist xarakterli olmasını bir növ təsdiqləyir: sosioloq fenomenlərin empirik üzü altında onların müxtəlif səviyyəli qatlarını aşkar etməlidir; bu zaman onları qəti şəkildə yekunlaşdırıb konsepsiya ( təlim ) şəkildə formalaşdırmaqla, birmənalı total (ən ümumi) sosial fenomenlərlə əlaqələndirməməlidir. J.Qurviç qəbul etdiyi idealar –dialektik və yaxud relyativist (nisbi) hiperempirizdir; burada təcrübə sıx şəkildə nəzəriyyələşdirmə ilə, izahetmə-başadüşmə ilə, gələcək inkişaf baxımından qarşılıqlı təsirdə olan empirik –nəzəri ilə əlaqələndirilir; fərdin və sosialın (kollektiv olanın ) istənilən qarşıdurması istisna edilir.[6]
Qeyd edilməlidir ki, J.Qurviç Fransada dialektik sosiologiyanın aparıcı nümayəndələrindən biri sayılırdı. Dialektik hiperempirizmi yüksəltmək məqsədilə o, ciddi sosioloji sxemi təklif etdiyini düşünürdü. Bu sxem sosial reallığı aydın təsvir etməli idi.[8]
Alimin özü qeyd edir ki, nə bölünə, nə də təsdiqlənə biləcək elementlərdən ibarət olan gələcək inkişaf istiqamətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi –dialektik metodun özüdür; bu istiqamətlərin ilkin təbiəti o qədər fəal olur ki, nəticədə bəzi daha fəal ifadə olunan sahələrdə simmetriya və yaxud parelçilik yaranır; yəni sosioloji deteminizin metodundan istər kollektiv, istərsədə fərdi insan azadlığı arasındakı münasibətlərin öyrənilməsində daha çox istifadə etmək olar. Bu həmin haldır ki, burada insan azadlığının ən intensiv (sürətli) dərəcəsi (ixtiraetmə, qərarların qəbul edilməsi, yaradıcılıq) ilə sosioloji determinizmin ən dəqiq ifadələri (idarəetmə planlaşdıırma) bir-biri ilə birbaşa əlaqəyə girir. Bu yolla sosial determinizm azadolma və azadlığın düşünülmüş başlanğıcına çevrilir.[9]
J.Qurviçin dərhal kənara atdığı bir şey varsa, bu da, onun düşündüyü kimi, elmi determinizin olduqca yanlış interpretasiyasıdır; bu həm ifadə, həm xüsusi tətbiqi dairəsi məhdud olan texniki prosedurlarla bağlıdır (qanun mümkünlük həddinin ölçülməsi, səbəbiyyət asılılığı –bütün bunlar müxtəlif növ ola bilər), həm də monizm - "vahid və universal nizamın" və yaxud "təbiətin" rasional ideolizmi ilə eyniləşdirir: nəticədə çıxış nöqtəsi şəraiti kimi fundamental şərt unudulur.
Deteriminizmin var gücü ilə aradan qaldırılmaqda olduğu əsil böhranı deteriminizmin idarə etməli olduğu real və konkret olanların çərçivəsindən eləcə də yerləşdiyi zamanlar çoxluğundan ayrılmağının mümkünsüzlüyününü dərk olunmasıdır.
Bu isə məhdud, nisbi, xüsusi elm tərəfindən öyrənilən hər bir spesifik aləmdən aslı olaraq, hər bir konkret dünyada dəyişən və hətta ona qarşı marağı olan müxtəlif ölçülərin dəyişməsindən aslı olan determinizimlərin plyularizminə aparır. Buradan, artıq bugünkü sosiologiyaya xas olan vəzifə irəli gəlir: "regional determinizmin özünə məxsus xüsusiyyətlərini dəqiqləşdirmək; Bu zaman müvafiq sualları irəli sürmək və nəzərə almaq lazımdır ki, determinasiyanın texniki metodları sosial tiplərin sektorlarına uyğun olaraq dəyişir və bu zaman yalnız digər metodlardan, məs: sosial determinizmi məhdudlaşdırmaq cəhdlərini insan azadlığının qarşılıqlı təsiri və təsadüfə uyğun təsvir etmək cəhdlərindən istifadə edilir"[9]
J.Qurviç "qlobal cəmiyyətlər" və "qlobal strukturlar"ı təhlil edərək, göstərir ki, "qlobal"sözünü birbaşa "universal"sözü ilə əvəz etmək olmaz; sonuncu, bəşəriyyətə aid olduğu üçün, nəinki real cəmiyyət ideal və yaxud absstrakt bir növ kimi təsəvvür olunur. "Qlobal" nəinki "ən ahatəli"və yaxud məcmu sosial mühiti , total sosial fenomenləri bildirir, o daha geniş, məzmunca daha zəngin olduğu üçün , funksional qruplaşma iyerarxiyası, hətta sosial siniflərin təsvirinin olduğu baxımından, soial reallığı üstələyir. Söhbət birləşmələrin makrokosmundan gedir; bu birləşmələr, öz növbəsində nə tək, nə pərakəndə şəkildə olan iyerarxiya ilə məhdudlaşmayan makrokosmları təmsil edə bilərlər (bunu sosial siniflər, dövlət, kilsə, tayfalar edə bildiyi kimi). Bu iyerarxiya əslində çıxış nöqtəsi rolunu oynayır.
İstisna etmədən hesab etmək olar ki, hər bir qlobal cəmiyyət həm strukturlaşdırılan, həm də səmərəli şəkildə sturukturlaşdırılmış cəmiyyətdir. Məhz buna görə "qlobal struktur" ifadələri eyni məna daşıyır. Elə bu səbəbin üzündən sosioloqlar sosial reallığı qlobal cəmiyyətlə, sonuncunu isə sosial sturukturla qarışdırırlar.
"Sosial strukturlar spesifik (xüsusi) qrupların və qlobal cəmiyyətlərin xüsusiyyətlərinin nisbətən spesifik iyerarxiyalarını təmsil edən bütöv birləşmələrdir. Həqiqətən, bütöv sosial struktur dərəcələri, sosiabelliyin formaları, sosial reqlamentasiyalar, determinizmlər, mentallığın çalarları, çıxılmaz vəziyyət yaranarsa, qruplaşmalar və xüsusi şəkildə iyerarxiyalaşdırılmış əmək bölgüsü üsulları və yığmalar arasında olan tarazlıq və ya nisbi birlikdir. Bu əlaqələr özlərinə xas olan bir sıra mədəni hadisələrlə- modellər, işarələr, mənalar, müntəzəm və yaxud vərdiş etdiyimiz sosial rollar, dəyərlər və ideyalarla möhkəmləndirilmiş, gücləndirilmişdir"[9]
Müəyyən qruplar , hətta təşkil olunmasa da (məs., sosial siniflər), həmişə strukturlaşdırılmış olurlar. Lakin sosial strukturlar heç vaxt statik (dəyişilməz) olmur, baxmayaraq ki, onların nisbi bütövlüyünü "sementləşdirən" gücləndirmə metodları vasitəsilə (yəni modellər, işarələr, mənalar, müntəzəm sosial rollar,mədəni yaradıcılıq, sosial nəzarət) təmin olunur. Real kollektiv birliklər (makrososiologiya) sabit strukturlaşma və struktursuzlaşma durumunda qalır, burada sürəkliliyin müxtəlif dərəcəsi müşahidə olunur; bunlar strukturlaşdırılmamış qrupların yaranması üçün mümkün əsas ola bilərlər. Yaxud da, tarazlıq və nisbi birliyi tapmaq üçün strukturlaşma və struktursuzlaşma prossesləri, astruktur elementləri ilə yarışa girir.[9]
J.Qurviç "qlobal cəmiyyət" və yaxud "qlobal struktur" anlayışına (qeyd edildiyi kimi, hər ikisi eyni məna kəsb edir) aşağıdakı tərifi verir:
"Söhbət aşağıdakı total (yəni ən ümumi ) sosial fenomenlərdən gedir: onlar yetkin, kamil, müstəqil, ümumən və bütövlükdə superfunksional, həmişə strukturlaşdırılmış və bəzən öz əsasları üzrə təşkil edilməyən, birliklərin makrokosmları və təşkilatlar üzərində hökmranlıq edən, bir-birnin üzərində yüksələrək bir və ya bir neçə iyerarxiyanı təşkil edirlər. Müxtəlif əlamətlərinə görə -dərinlik dərəcəsinə, sosialbellik formalarına, müxtəlif sosial qaydalara, əmək bölgüsü üslublarına və digər sosial əlamətlərinə görə (bu əlamətlər də müxtəlif əsaslar üzrə təsnif olunub) bu qlobal fenomenlər bəzən yaradıcı və müsbət qüvvə kimi sivilizasiyanın inkişafında iştirak edirlər. Sivilasiya bunları qarşılıqlı şəkildə bir bütövdə birləşdirir, bəzən özündən kənarda onları təsdiq edir"[8]
Beləliklə, sosioloji metod sosioloji reallığın məhz bu anlamından istifadə edən heç kəsin bacarmadığı qədər müxtəlif təriflərə, üst-üstə qalanmış təsnifatlara yol verən J.Qurviç sosiologiyanı aşağıdakı şəkildə təsvir edir: "Sosiologiya –total, sosial, astrukturlu, strukturlaşdıran, strukturlaşdırılmış, eyni zamanda bütün dərin qatlarında, ölçülərində və bölmələrində, strukrurlaşma, destrukturlaşma və partlayışı öyrənmək məqsədilə tədqiq edilən fonemlər dialektikasına əsaslanan keyfiyyətli və diskret tipologiyanı təşkil edir və bu fonemlər, tarixi elmi ilə əməkdaşlıq əsasında izah etmək olar".[10] Bu təriflə yanaşı, J.Qurviç digər, daha qısa tərifini verir: sosiologiya- "total sosial fonemləri onların aspektləri və hərəkətləri ansamblında öyrənir və bu zaman onları yaranmaqda və dağılmaqda olan dialektikləşdirilmiş mikrososial, qrup və qlobal növlərin hədlərinə salır"[10]
"sosial nəzarət, hər bir qlobal cəmiyyət, hər bir xüsusi qrup, hər bir sosiallıq forması və hər bir fərd tərəfindən aşkar edilən, öyrənilən və istifadə edilən, öz ziddiyyətləri, gərginlikləri və münaqişələri, müvvəqqəti və qeyri-sabit müvazinəti yaratmaqla aradan qaldıran mədəni modellər, sosial rəmzlər və ideyaların məcmusudur; bu zaman kollektiv yaradıcılıq yolunda göstərilən yəni səylər üçün yeni ümumi çıxış nöqtələri tapılır"[10]
Qurviç öz yaradıcılığında "İnsan azadlığı"anlayışına xüsusi yer ayırır, müəyyən mənada onu ictimai dəyişiliklər və tərəqqinin hərəkətverici qüvvəsi hesab edirdi. Məsələn, J.Qurviçə görə, insan azadlığını hər hansı bir intelektual qarşıdurmada nə göstərmək, nə də ki, onun daxilindən təcrid etmək olmur. Onu yalnız sınamaq, təəssüratından keçirmək, sınaqdan çıxarmaq və yalnız sonra –təsvir etmək olur. O, insanın istər kollektiv, istərsədə fərdi mövcudluğuna əzəldən xas olan xüsusiyyətdir; bütün yaradıcılığının, fəaliyyətinin, reaksiyanın, davranışının nəaliyyətlərinin "daxili coşqunluğudur". Azadlıq sədlərin aşılmasını, müqavimətlərin fəth edilməsini, maneələrin aradan qaldırılmasını, situasiyanın dəyişdirilməsini nəzərdə tutur. Bu, müəyyən edilmiş azadlıqdır; reallıq hədləri ilə məhdudlaşdırılmış, müəyyən şərtlərlə şərtlənə nisbi azadlıqdır. O nəinki determinizm kimi təsadüf və qanunauyğunluq, sonsuzluq arasında yerləşdirilib; əslində determinizm ona bu imkanı yaratmışdır; o, həm də müxtəlif determinizmləri çıxış nöqtəsi (istiqamətlənmə dərəcələri), müdaxilə aləti kimi istifadə edir.[9] Yəni bu, daha dəqiq desək , azadlığa, öz məqsədinə nail olmaq üçün işinə kömək edə biləcək sosial, psixoloji və bioloji determinizmdir.
J.Qurviç hesab edir ki, "insan azadlığı" anlayışında istifadə olunan bütün mənalar və ifadələrin ümumi xülasəsi əsasında təsvirin aşağıdakı özünəməxsus tərifini vermək ola:
-İstər kollektiv, istərsədə fərdi təcrübə prosesində dərk edilən insan azadlığı aşağıdakı fəaliyyət növlərindən ibarətdir; məqsədli, iradəli, könüllü, ixtiyari, aşkar yenilikçi, ixtiraçı, yaradıcı. Fəaliyyətin reallaşması prosesi müəyyən məqsədlər üzərində qurulur, törədici istəklə təsadüfün qarşılıqlı təsirinə səbəb olur, bütün əngəlləri aradan qaldırmağa, dəyişdirməyə, bütün situasiyaları üstələməyə və bərpa etməyə çalışır.[9]
J.Qurviç konsepsiyasına ümumiyyətlə konkretliyə, tarixə, dialektikaya yaxın olması barədə çağırışlar xasdır; eyni zamanda onun nəzəri quraşdırmaları ağır və sxolastikdir. Buradan belə bir nəticə çıxarmaq olar ki, ikinci dünya müharibəsindən sonra Fransada sosialoji biliklər və empirirk tədqiqatların ixtisaslaşmasının gur inkişafı şəraitində J.Qurviçin həddindən artıq abstrakt quraşdırmalara əsaslanan sosiologiyası real uğur qazana bilməzdi.
J.P.Sartr tərəfindən inkişaf etdirilmiş dialektika təliminə ("Dialektik ağlın tənqidi"), o cümlədən L.Qoldmanın genetik strukturalizm konsepsiyasına J.Qurviçin təsiri daha çox olmuşdur. J.Qurviçin şagirdi Jak Kaznev 1966-cı ildə onun sələfi olmuş, Sorbonna universitetində sosiologiya kafedrasının müdiri vəzifəsində onu əvəz etmişdir.
Sosial varlığın empirik idrakına istiqamətlənmiş bir çox qərb sosioloqlarının gözündə sosiologiyada "fəlsəfə" anaxronizm (unudulmuş, qədim) kimi görünür, onları iyrəndirirdi. Marksizmə dəyişməkdə olan münasibətin fonunda işlənib yaradılmış bu möhtəşəm nəzəri və konseptual quraşdırma ümumiləşdirilmiş antidürkheym, düşüncələrlə dolu sosioloji məkanı görməyə üstünlük verməklə, şübhəli evristik inkarlara malik idi; o, paradiqma olmaq ümidini doğrultmadı və heç vaxt tədqiqatçıların nəzəri və metodoloji axtarışlarını istiqamətləndirə bilməzdi; tədqiqatçılarına etibar etməkdə adicə bir qədər hörmət bəsləyirlər.[6]
Müasir Fransa tədqiqatçıları J.Qurviç (J.Fidman və J.Stetsellə yanaşı) Fransa sosiologiyasının "ikinci dalğasının" təşəbbüskarı hesab edir; bu dalğa öz növbəsində, onların fərdi yüksəlişində bir alət olmuşdur. Doğrudur, bu sosioloqlar "heç bir məktəbi yaratmayıblar". Amma bir şəxsiyyət kimi onların özünü ifadə etmək istəyi bilikləri formalaşdırıb epistemologiyanı inkişaf etdirmək arzusundan daha güclü olmuşdur. Onlar üçün peşələrini əhatə edən intellektual komfortdan, qarşılarına qoyduqları məqsədlərdən daha az əhəmiyyətli, sosiologiyadan daha vacib olan sosial həyatın qavranılması olmuşdur.[11]