Journal des sçavans

Journal des Sçavans (sonralar Journal des savants adlandırılmışdır) Denis de Sallo tərəfindən təsis edilmiş və Avropada nəşr olunan ilk elmi jurnal olmuşdur, baxmayaraq ki, əvvəldən bu jurnalda kilsə tarixihüquqi hesabatlar kimi müxtəlif elmi olmayan məzmunlar da mövcud olmuşdur. Birinci nəşri 1665-ci il yanvarın 5-də 12 səhifəlik (dörd yarpaqlı) broşüralar şəklində nəşr edilmişdir. Jurnal 1792-ci ildə Fransız İnqilabı zamanı nəşr ömrünü başa vurmuşdur. 1797-ci ildə Journal des savants kimi yenidən meydana çıxsa da, 1816-cı ilə qədər mütəmadi formada nəşr olunmamışdır. Bu tarixdən sonra müntəzəm olaraq nəşr olunsa da, məzmunu xeyli dəyişərək elmi deyil, ədəbi nəşrə çevrilmişdir.

Journal des sçavans
Təsis tarixi 5 yanvar 1665[1]
Nəşrini dayandırıb 1900
Ölkə
Dil fransız dili[2]
ISSN 0021-8103, 1775-383X
OCLC nömrəsi 470181705
persee.fr/web/revues/hom…
gallica.bnf.fr/ark:/1214…
persee.fr/collection/jds
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. https://commons.wikimedia.org/wiki/File:1665_journal_des_scavans_title.jpg.
  2. 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 0021-8103