Joze Mauru di Vaskonselos

Joze Mauru di Vaskonselos (port: José Mauro de Vasconcelos; 24 fevral 1920[1] və ya 26 fevral 1920[2], Rio-de-Janeyro[1]24 iyul 1984[3], San Paulo[1]) — Braziliyalı yazıçı.

Joze Mauru di Vaskonselos
br-port. José Mauro de Vasconcelos
Doğum tarixi
Doğum yeri Rio de Janeyro, Braziliya
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri San-Paulu
Vəfat səbəbi Psixostimulyatorlar, xərçəng xəstəliyi
Milliyyəti Braziliyalı
Fəaliyyəti Yazıçı
Əsərlərinin dili portuqal dili
Janrlar Dram, psixoloji, Roman
Tanınmış əsəri

XX əsr Braziliya Ədəbiyyatının öncüllərindən sayılan Joze Mauru di Vaskonselos 26 fevral 1920-ci ildə Rio de Janeyroda, portuqal - yerli hindu qarığışı bir ailədə doğulmuşdur. Ailəsi kasıb olduğu üçün, hələ uşaq yaşlarında, Rio Qrande du Norte ştatının mərkəzi Natal şəhərində, əmisigildə yaşamalı olur. Onun uşaqlıq və gənclik illəri burada keçir. Paulu Setubal, Qrasiliano Ramos və Joze Linj du Requ kimi yazarlar başda olmaq üzrə Braziliya ədəbiyyatından müxtəlif müəlliflərin romanlarını zövqlə oxumuşdur.

Natalda iki il tibb fakültəsində oxuduqdan sonra təhsilini yarımçıq saxlayıb, Rio de Janeyroya qayıdır. Burada müxtəlif işlərlə məşğul olur: boks məşqçisi, banan satışı, balıqçı, müəllim, ofisiant…

Bütün bu həyat təcrübəsi, onun yaddaşı, qeyri-adi xəyal gücü və hekayələri möhtəşəm üslubda çatdırmaq qabiliyyəti ilə birləşərək, dünya səviyyəsində keyfiyyətli əsərlərin meydana çıxmasına səbəb oldu. Əsərləri tərcümə edilərək Avropaya, ABŞ-a, Yaponiyaya, digər Latın Amerikası ölkələrinə yayıldı. Hətta bəzi əsərləri əsasında kino və teatr əsərləri ortaya çıxdı.

Ona ilk məşhurluq gətirən əsər, 1942-ci ildə nəşr edilən “Cır Banan” (Banana Brava) əsəri olmuşdur. Bundan sonrakı əsərlərində də əsasən əyalətlərdəki kəndlilər və yerli hinduların həyatlarında bəhs edən müxtəlif əsərlər yazmağa davam edən müəllif 1943-cü ildə ölkəni bir başından digər başına qət edərək, müxtəlif yerli hindu qəbilələriylə təmas qurur, dostlarıyla birlikdə onların xəritələrini hazırlayır.

1953-cü ildə digər məşhur əsəri, “Qırmızı Tutuquşu” (Arara Vermelha), 1962-ci “Rozinya” (Rosinha, Minha Canoa) əsərini yazır.

Lakin, 1968-ci ildə, Joze Mauru, ona dünya şöhrətini gətirən ən məşhur əsərini, avtobioqrafik hekayəsini, “Şəkər portağalı” (O meu pé de Laranja-lima) əsərini yazır. Braziliyada, o dövrdə, bir milyondan çox satılan əsər, iyirmidən artıq dilə tərcümə edilmişdir.

Bu əsəri on iki gün ərzində yazmağı ilə bağlı tənqidlərə o belə cavab vermişdi: “Bir əsəri mən hazır etmək üçün illərimi, iyirmi ilimi vermişəm. Əsər mənim xəyalımda tamamlanandan sonra yazıram. Əsər bütün bədən üzvlərimdən çıxmağa hazır olanda, yazmağa başlayıram. Ona görə də hamısı bir dəfəyə çıxır”

Yazıçı, əsərlərinin müvəffəqiyyətini onun sadəliyində görürdü: “Mənim oxucularımı cəzb edən mənim sadəliyim olmalıdır. Mənim personajlarım hamsı əyalət dilində danışırlar.”

XX əsr Braziliya Ədəbiyyatının öncül klassiklərindən hesab edilən Joze Mauru di Vaskonselos, 24 iyun 1984-cü ildə, 64 yaşında vəfat etmişdir.[4]

  • Qırımızı Tutuquşu (1953, Arara Vermelha)
  • Şirin Portağal Ağacım (1968, O meu pé de laranja lima)
  • Günəşi Qızışdıraq (1974, Vamos aquecer o Sol)
  1. 1 2 3 Deutsche Nationalbibliothek Record #121134296 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. José Mauro de Vasconcelos // Babelio (fr.). 2007.
  4. Joze Vaskonselos - http://hispaniya.com/arsivler/589 Arxivləşdirilib 2021-09-28 at the Wayback Machine