Şəkər portağalı

Şirin portağal ağacım və ya Şəkər portağalı (Portuqalca orijinal adı: Meu Pé de Laranja Lima) — Braziliyalı yazıçı Joze Mauru di Vaskonselosun 1968-ci ildə yazdığı dramuşaq romanıdır.

Şəkər portağalı
O Meu Pé de Laranja Lima
Müəllif Joze Mauru di Vaskonselos
Mövzu Ağrını bilən bir oğlanın hekayəsi
Orijinalın dili Portuqalca
Ölkə Braziliya Braziliya
Orijinalın nəşr ili 1968
Nəşriyyat Melhoramentos
Səhifə 200
Növ Uşaq ədəbiyyatı

Roman Braziliyanın Minas-Jerays bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan Zezenin yaşadıqlarından bəhs edir. Orijinal dili portuqalca olan əsər 16 dilə tərcümə olunub. Müəllif öz uşaqlığının izlərini daşıyan bu kitabı düz 12 günə yazdığını demişdir.

Roman 2012-ci ildə braziliyalı rejissor Markos Bernşteyn tərəfindən kinoya uyğunlaşdırılıb.

Azərbaycan dilinə tərcüməsi

[redaktə | mənbəni redaktə et]

Əsərin Azərbaycan dilində tərcüməsi ilk dəfə 2018-ci ildə "Parlaq İmzalar" tərəfindən portuqalca əslindən birbaşa tərcümə edilərək nəşr edilmişdir.

2021-ci ildə "Qanun" nəşriyyatı əsəri türk dilindən Azərbaycan dilinə tərcümə etdirərək nəşr etmişdir.