Juriaen Ambdis — XVII əsrdə yaşamış holland gəmi topu düzəldən və rəssam. 1648-ci ildə Səfəvi şahı II Abbasın (1642-1666) ordusunda topçu kimi xidmət etməyə başlamışdır.[1][2] O, Səfəvi−Moğol müharibəsi (1649-1653) zamanı Qəndəharın uğurlu mühasirəsində iştirak etmişdir.[2] Mühasirədən sonra Ambdis və digər hollandlar xidmətdən azad edilmişdirlər. Digər hollandlardan fərqli olaraq Ambdis Səfəvi imperiyası ərazisindən ayrılmaq istəməmiş və burada rəssam kimi çalışmaq qərarına gəlmişdir.[2] Onun belə bir istəkdə olmasının əsas səbəbi Səfəvi sarayənda rəssam kimi çalışan bir digər holland rəssam olan Hendrick Boudewijn van Lockhorstın Səfəvi şahlarından böyük məbləğdə maaş alması idi.[2] Lakin Ambdis Hendrick kimi uğur qazana bilmir və bir müddətdən sonra demək olar ki, dilənçi vəziyyətinə düşür.[2] 29 mart 1649-cu ildə Osmanlı hakimiyyətində olan İraq ərazisində bir Səfəvi imperiyasından olan tacir Ambdisi karvanın arxasıyca tənha şəkildə gələn görür və ona çörək verir.[2] Verilən məlumata görə, Ambdis 22 may 1650-ci ildə Bağdad şəhərində islamı qəbul etmişdir.[2] Bundan sonra onun barədə məlumatlar yoxdur. O, 1650-ci ildən sonra vəfat etmişdir.[3]
Juriaen Ambdis | |
---|---|
Hollandca:Juriaen Ambdis | |
Doğum tarixi | Bilinmir |
Doğum yeri | Hollandiya |
Vəfat tarixi | 1650-ci ildən sonra |
Vəfat yeri | Bilinmir |
Milliyyəti | Holland |
Dini |
Xristian 1650-ci ildən sonra islam |
İxtisası |
Top düzəldən Rəssam |
Fəaliyyəti | rəssam |