Səfəvi−Moğol müharibəsi (1649–1653) — müasir Əfqanıstan ərazisində Moğol və Səfəvi imperiyaları arasında baş vermiş müharibədir. Moğol imperiyası Buxara xanlığından olan özbəklərlə müharibə halında ikən, Səfəvi imperiyası hücum edərək Qəndəharı və ətraf ərazilərdəki qalaları ələ keçirərək bölgəyə nəzarəti təmin edir. Moğollar itirdikləri əraziləri geri qaytarmaq üçün cəhdlər etsə də, uğur qazana bilmirlər.
Səfəvi-Moğol müharibəsi (1649-1653) | |||
---|---|---|---|
Tarix | 1649-1653 | ||
Yeri | Qəndəhar | ||
Səbəbi | Strateji məntəqəyə malik şəhərə sahiblik üstündə savaş | ||
Nəticəsi | Tam Səfəvi qələbəsi | ||
Ərazi dəyişikliyi | Qəndəhar şəhəri Səfəvilər imperiyasının tərkibində qaldı.[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Səfəvi imperiyasının ikinci hökmdarı I Təhmasibin dövründən Səfəvilərin Qəndəhara iddiaları mövcud idi. Moğol hökmdarı Hümayunun hakimiyyətdən devrilməsindən sonra o, hakimiyyətini bərpa edə bilmək üçün I Təhmasibdən yardım istəmiş və bunun qarşılığında Qəndəharı ona vəd etmişdi. Lakin ondan sonrakı hökmdar Cahangirin dövründə Qəndəhar üstündə münaqişə meydana çıxdı.
1638-ci ildə Səfəvi imperiyasının Qəndəhar hakimi Əli Mərdan xanın şəhəri Sultan Şahcahana təhvil verməsindən sonra Kabul və Qəndəhar moğolların nəzarətinə keçdi. Hindistanın qapısı hesab edilən bu iki şəhərinin moğollar üçün iki əsas əhəmiyyəti var idi. Birincisi, moğollar bu bölgəni özlərinin qədim paytaxtları olan Səmərqənddən özbəklər tərəfindən qovulmasının kiçik də olsa kompensasiyası kimi qəbul edirdilər. Moğollar daxili inzibati gündəmlərdən əlavə, rekonkista hissi ilə imperiyanın qərb sərhədlərini genişləndirməyi həmişə prioritet hesab edirdilər. İkincisi, Orta Asiya ticarəti Moğolları döyüş atları ilə təmin edirdi, bu atlar olmadan nəinki hərbi qüvvələr yararsız olardı, həm də potensial olaraq qəbilə üsyanlarına və xarici işğallara səbəb ola bilərdi.[2] Xüsusilə Qəndəhar Mərkəzi Asiyada bir sıra əsas ticarət yollarının kəsişməsində idi. Beləliklə, bu iki şəhər dərin strateji narahatlıq səbəbi idi.[3]
1646-cı ilin fevralında Sultan Şahcahan öz oğlu Murad Bakşı 60 minlik orduya komandan təyin edərək Kabula, oradan da Bədəxşan və Bəlxə göndərdi. Bu yürüşdə məqsəd Nəzr Məhəmməd və onun oğlu Əbüləzizi Bəlxin Toqay-Teymuri hökmdarına qarşı dəstəkləmək idi. Lakin, Nəzr Məhəmməd və Əbüləziz moğollara xəyanət edərək yürüşün sonlanmasından sonra İsfahana qaçdılar. Onlara qarşı sonrakı 1647-ci ildə baş tutmuş Bəlx yürüşünə Övrəngzib başçılıq etdi. Bu yürüş Moğol imperiyasına 20 milyon rupiyə başa gəlsə də, sonda Bəlx və Bədəxşan ələ keçirildi.[3]
1639-cu ildə Səfəvi hökmdarı I Səfinin orduları Bamyanı ələ keçirdilər və yaranmış mənzərəyə görə növbəti hədəfin Qəndəhar olacağı bəlli idi. 1646-cı ildə Kamran Xanand Malik Mağdudun yardımı ilə Sultan Şahcahan Qəndəhara doğru yürüşə çıxdı və şəhərin hakimi Əmi Mərdan xanın tabe olması üçün danışıqlar apardı. O, Səfəvi ordusunun şəhəri yenidən tabe etmək üçün hücum edəcəyini gözləyirdi və buna görə də, şəhərin müdafiə divarlarının təcili bərpa edilməsini əmr etmişdi. Həmçinin, bölgəni qoruması üçün Kabulda böyük moğol ordusu da saxlanılmışdı. Lakin həmin ildə heç bir Səfəvi hücumu olmadı və bundan sonra moğol hökmdarı oğlu Murad Bakşı özbəklər tərəfindən idarə edilən Bədəxşanı ələ keçirməyə göndərdi. Növbəti ildə bir digər oğlu Övrəngzib, özbək ordusunu Bəlxin kənarında darmadağın edərək şəhəri ələ keçirdi. Döyüşlərdəki bu qələbələrə baxmayaraq, moğollar bu şəhərləri əldə saxlamağı bacarmadılar və Sultan Şahcahan Bədəxşandakı ordusunu geri çağırmağa məcbur oldu.[4]
4 aprel 1648-ci ildə moğolların Bədəxşandan geri çəkilməsindən cəsarətlənən II Abbas[5] 40 minlik ordu ilə birlikdə İsfahandan hərəkətə başladı. Ləşkərgahı ələ keçirdikdən sonra o, 28 dekabrda Qəndəharı mühasirəyə aldı və qısa müddətlik mühasirədən sonra oranı 22 fevral 1649-cu ildə ələ keçirdi.[6][7] Bəlx yürüşündəki uğusuzluq moğolların cəbhədəki mövqelərinin xeyli zəifləməsi ilə nəticələnmişdi. Bunun sübutu kimi isə, Qəndəharın mühasirəsinin az çəkməsi və qısa müddət ərzində Səfəvi imperiyasının əlinə keçməsini göstərmək olar.[3] 1651-ci ildə moğollar şəhəri ələ keçirmək üçün yenidən hücuma keçsələr də, qışın yaxınlaşmasına görə mühasirəni yarıda saxlamağa məcbur oldular.[7]
Qəndəharın itirilməsi Moğol imperiyası üçün çox ağır strateji itki kimi görünürdü. Şəhərin itirilməsinin imperiyasının nüfuzuna xələl yetirdiyi düşünülürdü və Sultan Şahcahan nə olursa olsun onu geri qaytarmaq istəyirdi. Bunu reallaşdırmaq üçün o, oğlu Övrəngzibi 50 minlik ordu ilə yürüşə göndərdi. Övrəngzibi Sədullah xan (saray müşaviri) və Caypurlu I Cay Sinx müşayət edirdi. Onlar 1649-cu ilin aprelində Qəndəhar qalasına hücum etdilər və bir neçə ayı kənarındakı düzənlik ərazilərdə Səfəvi ordusuna qarşı döyüşməklə keçirdilər.[8] Şəhər kənarındakı döyüşdə Səfəvi ordusu məğlub olsa da, qala döyüşlərində böyük uğur əldə etdilər.[9][10] Lakin tədricən moğol ordusu maddi-texniki təminat problemləri yaşamağa başladı. Həmçinin Səfəvilərin inadlı müqavimət göstərməsi ilə birlikdə, şəhərin müdafiə tikililərini uçura bilmək üçün moğol ordusunun yetəri qədər odlu silahı da yox idi. Hər bir halda, 5 sentyabr tarixində moğol ordusu 3 min döyüşçü və minlərlə heyvan itirərək geri çəkildi.[8][11]
I mühasirənin uğursuzluqla bitməsindən etibarən moğollar ikinci hücuma hazırlaşmağa başladılar. İkinci mühasirəyə hazırlıq mərhələsində mğollar böyük toplar sifariş edərək özlərinin artilleriya qüvvələrini gücləndirməyə çalışdılar. İkinci mühasirəyə daha yaxşı hazırlaşan moğollar qoşqu heyvanları yerinə bu dəfə dəvələrdən yararlanmağı planlayırdılar. Birinci mühasirədə olduğu kimi şahzadə Övrəngzib, Caypurlu I Cay Sinx və Sədulla xan yürüşdə iştirak edirdi.[8]
Səfəvi imperiyası da Qəndəhardakı qüvvələrinə yardım göndərmiş, qalanın ziyan görmüş yerləri bərpa edilmişdi.
İkinci müharisəyə yollanan moğol ordusu 2 may 1652-ci ildə şəhərə çatdı və qala divarlarının altından lağımlar qazmağa başladı. Lakin Səfəvi ordusu moğollarla müqayisə də daha dəqiq tüfənglərə sahib idilər.[8] Şahcahanın qala divarları dağıdılmadan döyüşçülərin hücum etməməsini əmr etməsindən sonra Səfəvi ordusunun şəhəri müdafiə etməsi daha asanlaşdı. Bundan başqa, moğollar özbəklərlə də bağlı problemlər yaşamağa başladılar. Beləki, II Abbas özbək Əbdüləziz xanla da ittifaq imzalamışdı. Bundan sonra Əbdüləziz Kabula 10 minlik qoşun göndərərək, moğolların təminat yollarını kəsdi.[12] Moğolları mühasirəni ləğv etməyə məcbur edəcək qədər güclü olmasalar da, özbəklər önəmli zərbələr vura bilirdilər. Belə zərbələrin birində onlar mühasirəyə alan orduya gedən və 2500 döyüşçü tərəfindən qoruna 1.5 milyon gümüş sikkəni ələ keçirə bilmişdilər.[12]
Səfəvi ordusunun yaxşı müdafiə olunduğunu, özbəklərin fəaliyyətini və öz ordusunun uğursuzluğunu görən[7] Şahcahan oğlu Övrəngzibə ordusunu Kabula aparmağı əmr etdi. Beləliklə, 9 iyul 1652-ci ildə ikinci mühasirəni də Səfəvi ordusu uğurla başa vura bildi.[8]
Moğolların Qəndəharı ələ keçirmək üçün olan III cəhdi 1653-cü ilin yazında baş verdi. İki dəfə uğursuz olduqdan sonra şahzadə Övrəngzib ordunun komandanlığından alındı, yerinə qardaşı və vəliəhd şahzadə Dara Şükuh gətirildi. Dara 70 minlik ordu ilə yürüşə başladı. Onun qərərgahına moğolların ən əşhur generalları və əvvəlki iki mühasirə zamanı yaxşı mənada seçilən Caypurlu I Cay Sinx də daxil idi.[8] Lakin şahzadə özünün etməli olduğu şeylərdə belə tez-tez müşavirləri ilə məsləhətləşirdi. Bu məsləhətləşmələr vəliəhd şahzadənin gözünə girməyə çalışan müşavirlərinin qarşılıqlı davaları ilə müşayət olunurdu. Həmçinin təcrübəli moğol generalları hərbi məsələlərdə onların yerinə şahzadənin öz şəxsi müşavirləri ilə məsləhətləşməsindən də narahat idilər.[8]
Üçüncü mühasirəni edəcək olan ordu Qəndəhara aprel ayında çatdı.[8] Lakin ənənəvi xətti müharibə üçün olan silahlarla təmin edilmiş moğol ordusu mühasirə döyüşü apara bilmək üçün zəif təchiz edilmişdi. Ordunun döyüş qabiliyyətini zəiflədən bir digər məsələ isə Daranın hərbi səriştəsizliyi, həmçinin uğursuz əmrlər verdikdən sonra buna görə başqalarını ittiham etməsi oldu.[8] İyun ayında qalanın bir hissəsinin zəbt edilməsi şahzadənin müdaxiləsi ilə baş tutmadı. Yayın sonlarında ordunun daxilində narazılıqlar baş qaldırmağa başladı. Nəhayət, 29 sentyabr 1653-cü ildə mühasirə qaldırıldı.[8]
Bu mühasirənin də Səfəvi ordusunun qələbəsi ilə sonlanması müharibənin faktiki sonlanması və Səfəvi ordusunun qələbə çalması demək idi.[10]
Hinduquş bölgəsindəki tayfalar çox üsyankar idilər, buna görə də onlar daim sakitləşdirilməli, nizam-intizama dəvət edilməli və ya məhv edilməli idilər. Onların Moğol təchizat xətlərinə və irəliləmə dəstələrinə basqınları ordu üçün fəlakətli oldu. Bu döyüşçü dəstələri bəzən müstəqil, bəzən də özbəklərlə koordinasiyada işləyirdilər.[8] Moğol Hindistanı və Əfqanıstan arasındakı maliyyə sistemləri fərqinə görə ordu üçün nağd pul əldə etmək olduqca çətin idi, buna görə də ordu Hinduquş dağlarının sıldırım keçidləri və dar yolları ilə külçə, nağd pul daşımağa məcbur oldu.
Bundan əlavə, Hinduquşun və onun hüdudlarından kənarın ərazisi və iqlimi çox pisdir. Nə ərazilərə basqın etmək, nə də fəth edilmiş ərazilərdən torpaq gəlirləri əldə etmək döyüşçülər üçün mühüm hərbi mükafat hesab edilmirdi. Hindistanın yerli taxıl daşıyıcıları olan Bancaraların burada analoqu yox idi. Özbək qoşunlarının və yerli qəbilə qruplarının daimi basqınları nəticəsində yemək tapmaq üçün çox az imkan var idi. Əfqan qışının şiddəti bu bəlaları daha da artırdı. Hinduquş dağlarının qışı ordunun təminat yollarının kəsilməsi demək idi. Bu amil də moğol ordusunun məğlubiyyətində mühüm rol oynamışdır.[8]
Aside from the conflict with the Mughals in 1648-50, during which the shah seized Kandahar from Shah Jahān, no major external wars were fought