Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə.
Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur[1].