Köhnə Cənub yığıncaq evi (ing. Old South Meeting House) — Massaçusets ştatının Boston şəhərinin Dauntaun-krossinq bölgəsində Milk-strit və Vaşinqton-stritin küncündə yerləşən tarixi konqreqasionalist kilsə binası. 1729-cu ildə tikilmişdir. 16 dekabr 1773-cü ildə Boston çay qonaqlığının təşkili nöqtəsi kimi şöhrət qazanmışdır. Beş min və ya daha çox müstəmləkəçi o dövrdə Bostonda ən böyük bina olan yığıncaq evində toplanmışdır.[1]
Köhnə Cənub yığıncaq evi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 42°21′25″ şm. e. 71°03′32″ q. u. |
Vikianbarda əlaqəli mediafayllar |