Köhnə muzey (Berlin)

Köhnə muzey (alm. Altes Museum‎) — Almaniyanın paytaxtı Berlində yerləşən bir muzeydir[1].

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Memar Karl Fridrix Schinkel tərəfindən neoklassik memarlıq üslubunda hazırlanmış bina 1823-1830-cu illər arasında Prussiya kral ailəsinin sənət kolleksiyasını nümayiş etdirmək üçün inşa edilmiş və 1845-ci ilə qədər kral muzeyi adlandırılmışdır[1]. İkinci Dünya Müharibəsində olduqca ziyan görən bina müharibədən sonra bir müddət istifadə edilməmişdir. 1966-cı ildə bərpa edilən muzeydə qədim əsərlər sərgilənir.

Muzey Berlin şəhərinin Lustgarten adlanan bölgəsində yerləşir və Berlin Şəhər Sarayı və Berlin kafedralına çox yaxındır.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "1828 – Altes Museum, Berlin" (ingilis dili). two.archiseek.com. 24 fevral 2020 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]