Kökşetau Milli Parkı (qaz. Көкшетау ұлттық паркі) ― Qazaxıstanın Aqmola vilayətində yerləşən milli park. Park misilsiz mənzərə, arxeoloji ərazilər və Şimali Qazaxıstanın istirahət imkanlarını təqdim edir. Şimaldan Sibir tayqası (şimala), cənubdan isə çöllər arasında keçid zonasında yerləşən ərazi çöl ilə əhatə olunmuş meşələr, göllər və dağlar "adası" dır. Parkın sərhədi Kökşetau şəhərinin 45 kilometr (28 mil) qərbində və paytaxt Astananın 275 kilometr (171 mil) şimal-qərbində yerləşir.
Kökşetau Milli Parkı | |
---|---|
Sahəsi | 182 076 hektar |
Yaradılma tarixi | 1996 |
Yerləşməsi | |
52°53′11″ şm. e. 68°28′05″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Aqmola vilayəti |
Yaxın şəhər | Astana |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kökşetau Milli Parkı Şimali Qazaxıstandakı Kökşetau dağlarının meşə-çöl və çöl zonlaraında yerləşir.[1] Parkda beş əsas sektor var:
Kökşetau bölgəsindəki iqlim sərin yayı olan rütubətli kontinental iqlim olaraq təsnif edilmişdir. Mülayim yay və soyuq qışı olan bu iqlim, həm yay, həm də mövsümi olaraq yüksək temperatur amplitudası ilə xarakterizə olunur.[2] Əraziyə düşən yağıntının orta miqdarı ildə 13 mm-dir (maksimum yayda). Parkın orta temperaturu yanvar ayında −16.1 °C (3.0 °F), iyulda isə 19.7 °C (67.5 °F)-dir.[3]
Ərazi çöl və əsasən ağcaqayın və şam meşələri ilə xarakterizə olunur. Kolluqlara ardıc, itburnu, yemişan və söyüd daxildir. Çöl sahəsinin çox hissəsi keçmiş şumlanma və otraılmadan təsirlənmişdir. Alimlər ərazidə 597 bitki növü qeyd etmişdirlər ki, bunlardan 36-sı ərazinin təbiətini əks etdirən qalıq növlərdir.[4] Park əsasən göllərdəki müxtəlif növ balıqları ilə məşhurdur.
Parkda onurğalıların 363 növü: 224 quş, 51 məməli, 5 sürünən, 1 amfibiya və 19 növ balıq məlumdur. Ərazidə çox sayda gəmiricinin olması tülkü, canavar, porsuq və gəlincik də daxil olmaqla yırtıcıları cəlb edir. Daha böyük məməlilər arasında çöldonuzu, Cervus canadensis və Avropa cüyürünün əhəmiyyətli populyası var.[5]
Parkda turizm məqsədi ilə 14 gəzinti marşrutu (200 km-dən çox), dörd avtobus ekskursiya marşrutu və iki su marşrutu (ümumi 18 km) fəaliyyət göstərir.[6] Yaxınlıqda turistlər üçün otellər mövcuddur və park düşərgələri və turistlər üçün nəzərdə tutulmuş obyektləri dəstəkləyir. Ərazidəki daha inkişaf etmiş turizm marşrutları kurqanlar, istirahət kompleksləri, meşələr, şəlalələr və mağaralar kimi arxeoloji yerləri də ziyarət edir.[7]