Kökəb Əliyeva (tam adı: Əliyeva Kökəb Miri qızı; d. 1935, Məşhəd, İran) — Azərbaycan əsilli Özbəkistan rəqqası.[1] Azərbaycan Respublikasının[2] və Özbəkistan Respublikasının[3] əməkdar artisti.
Kökəb Əliyeva | |
---|---|
Əliyeva Kökəb Miri qızı | |
Doğum tarixi | |
Doğum yeri | Məşhəd, İran |
Vəfat tarixi | 30 sentabr 2021 |
Vəfat yeri | Özbəkistan, Daşkənd |
Dəfn yeri | Daşkənd məzarlığı |
Vətəndaşlığı | Özbəkistan |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Kökəb Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur.[1] Özbəkistana köçmüş Kökəb Əliyeva Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirmişdir.[1] Daha sonra Özbəkistanda tanınmış Batır Zakirovun Estrada Orkestrində işləmişdir. O, Oleq Lundstremin estrada orkestrində rəqqasə vəzifəsində çalışmışdır.[1] 2002-ci və 2005-ci illərdə keçirilmiş "Özbəkistan – bizim ümumi evimizdir" festivallarının laureatı olmuşdur.[1] Özbəkistanda fəaliyyət göstərən "Mexrijon" xeyriyyə fondunun həmsədri idi.[1]
30 sentyabr 2021-ci ildə Özbəkistanın Daşkənd şəhərində vəfat edib.[4]
Əslən Qarabağlıdır. 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edib, Azərbaycan diasporasında fəal çalışıb, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədib. Onun rəhbərlik etdiyi rəqs ansamblı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nüfuzunu yüksəltməklə yanaşı, Özbəkistanda keçirilən dövlət tədbirlərində, beynəlxalq festivallarda, el şənliklərində milli rəqslərimizi ifa və təbliğ edib. 40 mindən artıq azərbaycanlını öz mədəniyyətlərini, adət-ənənələrini unutmamağa dəstək olmuş, habelə milli rəqslərimizi digərləri tərəfindən mənimsənilməsinə, öz adlarına çıxmasına imkan verməmişdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansablının rəhbəri olaraq Özbəkistanın Səmərqənd, Fərqanə, Margilan, Xivə, Ürgənc, Sırdırya, Gülüstan şəhərlərində keçirilən Azərbaycan mədəniyyəti, musiqisinə həsr olunmuş tədbirlərdə rəhbərlik etdiyi "Azərbaycan qızları" rəqs ansablının çıxışları yerli əhali tərəfindən rəğbət və alqışlarla qarşılanıb.
Özbəkistanda Azərbaycan diaspora təşkilatının idarə heyətinin üzvü olub, onun diaspora təşkilatının formalaşmasında xidmətləri böyük olub. Onun haqqında məlumat "Dünya azərbaycanlıları" kitabına da daxil edilib.[5]
12 aprel 2022-ci ildə yaşadığı bina üzərində xatirə lövhəsinin açılış mərasimi keçirilib. Xatirə lövhəsini Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın xalq rəssamı Marina Borodinova hazırlayıb.[6]
Kökəb Əliyeva hazırda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azərbaycan qızları" rəqs ansamblının bədii rəhbəri olub.[1] Azərbaycan xalq rəqslərinin Özbəkistanda fəal təbliğatçısı olan Kökəb Əliyevanın rəhbərliyi ilə vəfat edənə qədər yüzlərlə uşaq və yeniyetmə Azərbaycan milli rəqslərini, rəqs sənətinin sirlərini öyrənmişlər.[1] Hazırda işlədiyi rəqs dərnəyində isə 40-dan çox uşaq Azərbaycan musiqisi ilə yanaşı özbək və digər Şərq xalqlarının rəqslərini öyrənirlər.[7] Onlar müntəzəm olaraq Azərbaycanın Özbəkistan səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin tədbirlərdə uğurla çıxış edirlər.[7]
Kökəb Əliyeva Azərbaycan və Özbəkistan respublikalarının bir sıra rəsmi dövlət mükafatları ilə təltif edilmişdir: