40 (ədəd)

Qırxsay sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir.

40
qırx
 38 · 39 · 40 · 41 · 42 
Faktorizasiya 23· 5
Rum rəqəmi XL
İkili 101000
Səkkizlik 50
Onaltılıq 28
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türk mədəniyyətində 40 ədədi

[redaktə | mənbəni redaktə et]

Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir. Bu anlayışın əsasında ruhun yaşadığı evi qırx gün sonra tərk etdiyi inancı vardır. Qırğız bayrağında günəşin ətrafında qırx qırğız boyunu işarələyən qırx şüa vardır. Dədə Qorqud Hikayeleri, Manas Dastanı, Qırğız Törəyiş Əfsanəsində Qırx Qız vardır. Oğuz Xanın verdiyi şölənlərdə diktirdiği direklərin boyu qırx qulac uzunluğundadır. Hekayə və nağıllarda "qırx gün, qırx gecə" toylar edilir. Cəza üçün "qırx qatır və ya qırx sətir" şəklində bir tətbiq bəhs edilir. Əjdahalar qırx gün (və ya qırx il) yatarlar. Əjdahalardan qırx qıl koparılır və atəşdə yandırılar, əjdaha ancaq o zaman ölür. İslamiyyətdə isə ölümün ardından qırx gün sonra mövlud və Quran oxunar. Musa Peyğəmbər, Tanrının buyruqlarını qırx gün-qırx gecədə almışdır.

Qırxlar , türk xalq inancında Qırx Övliya deməkdir. Xristian türklərdə 40 Əziz anlayışı vardır. Onlar üçün 40 şam yandırılır. Qırxlar qarışan igidlər də bir daha görünməzlər. Xəstələrin şəfa üçün getdiyi "Çilten Ocağı" Asiyada fərqli bölgələrdə mövcuddur. Qırx Çilten və ya Qırx Eren adıyla da xatırlanarlar. Qışın ardından baharda yenidən dirilməyə hazırlıq prosesi kimi qışda təbiətdəki üç dəfə ölüb dirilməyi ifadə edən və ilki qırx gün davam edən üç dövrün adı Çilli şəklində keçər. Böyük Çilli 40 gün, Kiçik Çilli 20 gün, Boz Çilli isə Nevruz'a qədər gedər.

Əsas hesablamalarda

[redaktə | mənbəni redaktə et]

Say sistemində

[redaktə | mənbəni redaktə et]

"Qırx" kəlməsi haqqında qırx incəlik 1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:"Hər kim qırx gün müddətində əməllərini ixlasla yerinə yetirsə,elm və hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.

2-İmam Baqir (ə) buyurmuşdur:"İnsan qırx gün müddətində imanını Allah Üçün xalis etsə,Allah-Təala onu dünyaya qarşı rəğbətsiz edər,dünyanın dərdini və dərmanını ona tanıtdırar,daha sonra hikməti onun qəlbində möhkəmləndirib,dilini hikmət ilə danışığa gətirər".

3-Fəzl ibn Yəsar deyir:İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim:"Hər kəs şərab içsə,namazı qirx gün ərzində qəbul olunmaz.

4-İmam Sadiq(ə) buyurmuşdur:"Hər kəs mömin qardaşlarından qırx nəfəri dua etdikdən sonra özünü dua etsə,onun hər iki duası qəbul olar".

5-İmam Sadiq (ə) buyurmuşdur:Bir mömin şəxs dünyasını dəyişdikdə,qırx nəfər mömin şəxs dəfn mərasimində iştirak edib,onun mömin olduğuna şəhadət versələr,Allah-Təala onu bağışlayar".

6-Həzrət Peyğəmbəti-Əkrəm(s) buyurmuşdur:"Bir şəxsin biz Əhli-Beytə məhəbbət barədə yaydığı qırx hədis ,onun sədəqə verdiyi qırx min dinardan(qızıl puldan)üstündür.Allah-Təala ona hər bir hədis üçün bir peyğəmbər savabınl,hədisin hər bir hərfi üçünsə qiyamət günü bir nur verər".

7-Həzrət Peyğəmbəri-Əkrəm(s) buyurmuşdur:"Ümmətimdən hər kəs camaatın istifadə etməsi üçün qırx hədis əzbərləyərsə,Allah-Təala onu qiyamət günü fəqih və alim halında gətirər". 8-Həzrət Peyğəmbəri-Əkrəm(s) imam Əli (ə)-a vəsiyyət edərək buyurmuşdur:"Ya Əli! Ümmətimdən hər kəs Allahın razılığını qazanmaq məqsədila qırx hədis əzbərləyərsə,Allah-Təala onu qiyamət günündə peyğəmbərlər,övliyalar,şəhidlər və layiqli şəxslərlə birgə məşhur edər". 9-İmam Sadiq (ə) buyurmuşdur:"Hər kim halal və haram barəsində bizim hədislərimizdən qırx hədisi hifz edərsə,Allah-Təala qiyamət günü onu alim və fəqih halında gətirər və ona əzab verməz". 10-Həzrət Rəsuli-Əkrəm(s) buyurmuşdur:" Mənim ümmətimdən hər kəs sünnədən qırx hədis əzbərləyərsə,qiyamət günü ona şəfaət edərəm".

İnam və etiqadlarda

[redaktə | mənbəni redaktə et]

Qırx dini etiqadlarda çoxluq anlamındadır. "Qırx düyməli paltar", "qırx otaq", "qırx dəvəli yük" deyəndə ilk baxışda sakrallıq hiss olunmur.

Azərbaycan türklərinin "Əsli və Kərəm" eposunun mifoloji qaynaqlarında qırx düyməli xalat gerçək aləmin bitməsi – ömür yolunun bağlanması, o biri dünyanın qapısının isə açılması kimi mənalandırılır. Lakin düymələr açılıb axıra çatan kimi təzədən bağlananda bu rəqəmin arxasında sirli aləm gizləndiyi aşkarlanır.[1]

  1. "Qafarov R.O. Azərbaycan Türklərinin mifologiyası" (PDF). 2011-10-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]