Kök və çubuq

1970-ci illərdə Kanada hökumətinin uzun müddət Vankuver adasının şimal hissəsinə asfalt yol çəkdirəcəyini vəd etməsi, region əhalisi tərəfindən qabaqlarına asılmış olan yerkökünə oxşadılmışdır.

Yerkökü və çubuqingilis dilində idiom. "Yerkökü və çubuq" ifadəsi arzu olunan davranışa sövq etmək üçün mükafat və cəza birləşməsinin istifadəsi üçün metaforadır.[1] Yaxşı davranışı mükafatlandırma, pis davranışı da cəzalandırma mənasına gəlir. İfadə ilk dəfə The Economist jurnalının 11 dekabr 1948-ci il buraxılışında istifadə edilmişdir.[2] İdiom həm də qarşısında kök asaraq eşşəyi gəzdirmək mənasını verir.[2] Siyasətdə "Yerkökü və çubuq" bəzən realist yumşaq və sərt güc anlayışına istinad edir. Bu kontekstdə yerkökü xalqlar arasında iqtisadi və ya diplomatik yardım vədi, çubuq isə hərbi əməliyyat təhlükəsi ola bilər.

  1. "Carrot and stick definition and meaning | Collins English Dictionary". www.collinsdictionary.com (ingilis). 2021-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  2. 1 2 Oxford English Dictionary, Supplement