Kömür — ssenari müəllifi və rejissoru azərbaycanlı İsmayıl Münsif, prodüseri isə fransalı Etien de Rikaud olan film. Filmin Azərbaycan türkcəsində çəkilməsi bəzi qadağalara səbəb olub. Film Fəcr kinofestivalında heç bir mükafata layiq görülməyib.[1] Rejissor buna filmin Azərbaycan türkcəsində çəkilməsinin səbəb olduğunu bildirib. Daha sonra Ərdəbil şəhərində filmin nümayişi pantürkizmin təbliğatı bəhanəsi ilə qadağan edilib.[2] Ərdəbil vilayətinin İrşad və Mədəniyyət İdarəsinin tapşırığı ilə filmin nümayişinə qoyulan qadağadan bir gün sonra etirazlar qarşısında türkdilli "Kömür" filminin Ərdəbildə ekranlara çıxmasına icazə verilib.[3]
Kömür | |
---|---|
Kömür | |
Janr | dram |
Rejissor | İsmayıl Münsif |
Prodüser | Etien de Rikaud |
Ssenari müəllifi | İsmayıl Münsif |
Müddət | 86 dəqiqə |
Ölkə | Fransa |
Dil | Azərbaycan Türkcəsi |
İl | 2019 |
Rəng | rəngli |
IMDb | ID0255094 |
Fransa ilə ortaq məhsul olan Kömür filmi Azərbaycan türkcəsində çəkilib. Astara şəhərində çəkilmiş filminin ssenari müəllifi və rejissoru İsmayıl Münsif[4] və prodüseri isə fransalı Etien de Rikaudur. Filmin premyerası oktyabrın 9-da Təbrizin Setare-Baran kinoteatrında baş tutub.[5] Lakin film İranın "Fəcr" adlı kinofestivalında diqqətləri cəlb etsə də, heç bir mükafat qazanmağa müvəffəq olmayıb.[6] Filmin rejissoru İsmayıl Münsif öz instagram səhifəsində filmin heç bir mükafata layiq görülməməsinin belə izah edib:[7]
Şübhəm yoxdur ki, əgər film fars dilində və tanınmış bir prodüserlə istehsal olunsaydı, bu gün onun taleyi tam fərqli olardı. Lakin mən deməliyəm ki, hər zaman türk dilində film çəkəcəm. O qövmün dilində ki, onun İran kinoteatrından payı yalnız bir sıra gülünc elementlərdən ibarətdir, hansı ki, hər bir izləyici ona gülür və İrşad İdarəsi tərəfindən heç vaxt senzura tətbiq olunmur. Bu, müxtəlif qövmlərin təhqir olunması deməkdir. |
Film Tehran[8] və Təbrizdə nümayiş edilsə də Ərdəbildə nümayiş edilməsinə qadağa qoyulub. Filmin nümayişini pantürkizmin təbliğatı bəhanəsi ilə qadağan ediblər.[2] Ərdəbil vilayətinin İrşad və Mədəniyyət İdarəsinin tapşırığı ilə filmin nümayişinə qoyulan qadağadan bir gün sonra etirazlar qarşısında türkdilli "Kömür" filminin Ərdəbildə ekranlara çıxmasına icazə verilib.[3] Fransada da filmin nümayiş ediləcəyi gözlənilir.[9]
Qeyrət adlı xarakter Azərbaycanın sərhəd kəndlərindən birində kömür istehsalı işi ilə məşğuldur. Qızıl oğurladığına görə həbsxanada olan oğlu Yaşar bacısının toyu üçün məzuniyyətə çıxır. Ancaq Yaşarın qəfil yoxa çıxması ilə Qeyrət yeni bir problemlə üzləşir.[10]