Kömür sənayesi

Kömür sənayesi— Kömürün əsas hasilatı Asiya, Şimali Amerika, Avropa (Çin, ABŞ, AFR, Rusiya, Hindistan, Avstraliya, Qazaxıstan, Ukrayna, Polşa, CAR və s.) ölkələrinin payına düşür. Ən mühüm hövzələri isə Rur, Donetsk, Kuznetsk, Yuxarı Sileziya, Appalaç, Fusin, Midlend, Viktoriya Karaqanda və s.dır.Hazırda kömür hasilatının 10-15%-i dünya bazarına çıxarılır. Çin, Böyük Britaniya, Almaniya, Ukrayna və Rusiyanın əksər kömür yataqları dərində yerləşdiyi üçün kömürün hasilatı baha başa gəlir. ABŞ, Avstraliya, CAR-da kömür yataqları yer səthində yerləşdiyi üçün açıq üsulla çıxarılan kömür daha ucuz başa gəlir.Ona görə də Avropa ölkələrinin çoxu ucuz kömürü almağa daha çox meyil edirlər[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Oqtay Alxasov. Coğrafiya. Bakı: Aspoliqraf. 2014. səh. 52.