Köməkçi Enerji Blokları (KEB), (İngilis dilində Auxiliary Power Unit, qısacası APU), Köməkçi Enerji Birliyi, Köməkçi Enerji Qurğusu, Köməkçi Enerji Cihazı, Köməkçi Enerji Qovşağı, Köməkçi Enerji Mexanizmi, Köməkçi Enerji Aqreqatı kimi də tərcümə edilə bilər. Ümumiyyətlə təyyarələrdə mövcud olsa da, bəzi böyük quru nəqliyyat vasitələrində də mövcuddur və məqsədi avtomobilin əsas güc mənbələri sıradan çıxdıqdan sonra nəqliyyat vasitəsi üçün lazım olan enerjini təmin etməkdir.
Bugünkü təyyarələrdə Köməkçi Enerji Blokları, bəzi təyyarələrdə fərqlənə bilsə də, ümumiyyətlə quyruq hissəsində yerləşir. Bir növ kiçik qaz turbin mühərriki olan Köməkçi Enerji Blokları, təyyarənin mühərrikinin işləməsi üçün lazım olan sıxılmış havanın təmin edilməsi üçün istifadə olunurlar. Köməkçi Enerji Bloklarının təyyarələrdə istifadə məqsədləri aşağıdakı kimi göstərilə bilər:
Bəzi inkişaf etdirilmiş və böyük model tanklarda bu növ ehtiyat enerjini təmin etmək üçün kiçik bir dizel mühərriki vardır.
Bu gün KEB sistemi bəzi dizel mühərrikli lokomotivlərdə də istifadə olunur. Türkiyədəki dəmir yollarında istifadə edilən DE 22 000 və DE 33 000 tipli lokomotivlərə yeni KEB sistemi inteqrasiya edilmişdir. KEB sistemi sayəsində özüyeriyən mühərrik lokomotivlərin soyuq havalarda asanlıqla hərəkətə başlamasını təmin edir; Su, yağ və yanacaq istiliyini təmin edir.