Könül Ələkbərov

Könül Ələkbərov — "Azərbaycan Respublikasının Əməkdar həkimi" (2008) Kliniki Tibbi Mərkəzin direktoru. Həkim anestezioloq-reanimotoloq.

Könül Ələkbərov
Ələkbərov Könül Fidayıl oğlu
Doğum tarixi (56 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Həkim anestezioloq-reanimotoloq
Mükafatları "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı — 2008
"Tərəqqi" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Könül Fidayıl oğlu Ələkbərov 13 avqust 1967-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1973-1984-cü illərdə Gəncə şəhər Nəriman Nərimanov adına 25 saylı orta məktəbdə təhsil alıb. 1985-ci ildə Nəriman Nərimanov adına Tibb Universitetinə daxil olmuş, 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 1993-1994-cü illərdə “Semaşko” adına 1 saylı Klinik Xəstəxananın Toksikologiya şöbəsində həkim-anestezioloq-reanimotoloq, 1995-1999-cu illərdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) Reanimasiya şöbəsində həkim- anestezioloq-reanimotoloq, 1999-2002-ci illərdə Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin Anesteziologiya-reanimasiya kafedrasında klinik ordinator, 2002-2015-ci illərdə Gəncə şəhər TTYX-nin Reanimasiya şöbəsinin müdiri, 2015-2016-ci illərdə Gəncə Beynəlxalq Xəstəxanasında həkim- anestezioloq-reanimotoloq işləyib. 2017-2021-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Mingəçevir şəhər xəstəxanası” publik hüquqi şəxsin direktoru işləyib. 2021-ci ilin aprel ayından Kliniki Tibbi Mərkəz publik hüquqi şəxsin direktorudur. 2005-ci ildə Rusiya Federasiyası Moskva şəhərində “Narkotikdən asılı cərrahi xəstələrdə anesteziyanın optimallaşdırılması” mövzusunda tibb elmləri üzrə namizədlik dissertasiyası müdafiə edib. 2006-cı ildə ABŞ-ın Con Hopkins Universitetində “Təcili Yardım Təbabəti” üzrə master treninq kursu keçib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adı [1]
  • 2020-ci ildə Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.[2]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.az. "Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2008-09-22. 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-22.
  2. President.az. "Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2020-06-16. 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.