Köniqsberq

Köniqsberq (lat. Regiomontium, alm. Königsberg‎, (prus.|Kunnegsgarbs, Knigsberg); tam Köniqsberq-in-Proysen, alm. Königsberg in Preußen‎ — Prussiya Köniqsberq ) — Kalininqrad şəhərinin (1255-ci ilədək — Tvanqste, prussiya dili Twangste) 1946-cı ilədək adı. 1737-ci ildən 1945-ci ilədək Şərqi Prussiya vilayətinin mərkəzi.

Köniqsberq
Königsberg
Gerb
Gerb
54°42′41″ şm. e. 20°30′33″ ş. u.HGYO
Tarixi və coğrafiyası
Əsası qoyulub 1255
Ləğv olunub 1945
Mərkəzin hündürlüyü 48 m
Xəritəni göstər/gizlə
Köniqsberq xəritədə
Köniqsberq
Köniqsberq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Köniqsberq şəhərinin əsası Şimal Xaç Yürüşləri zamanı 1255-ci ildə Tevton ordeni tərəfindən qədim Prussiya yaşayış məskəni olan Tvanqstedə qoyulub. Baltik dənizi sahilində liman şəhəri olan Köniqsberq tez bir zamanda inkişaf edərək Prussiya Hersoqluğunun (1525–1701) və sonra Şərqi Prussiyanın paytaxtı olub. 1701-ci ildə paytaxtın Berlinə köçürülməsinə baxmayaraq Köniqsberq Prussiya çarlarının tacqoyma mərasiminin keçirildiyi şəhər kimi qalmağa davam edib.