Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir.
Şərq şorangəsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Şərq şorangəsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır.
May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir. Toxumla və vegetativ yolla çoxalır. Aşağı dağ qurşağında gilli-daşlı yamaclarda bitir.
Naxçıvan MR-in Ordubad rayonunda (Dəstə, Kotam kəndləri) yayılmışdır. Azərbaycanda təbii ehtiyatı azdır.
Başlıca olaraq antropogen faktordur.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə olunur.