Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Küləklə sovrulanlar" — amerikan yazıçısı Marqaret Mitçellin məşhur romanı. 1936-cı ildə dərc olunmuşdur. Pulitser mükafatı almışdır.
Küləklə sovrulanlar | |
---|---|
ing. Gone with the Wind | |
Müəllif | Marqaret Mitçell |
Janr | roman |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1936 |
Vikianbarda əlaqəli mediafayllar |
1900-cü ildə Atlanta şəhərində anadan olan Marqaret Mitçell həyatı boyu Cənub ideyalarını dəstəkləyən yazıçı kimi fəaliyyət göstərmişdir. O, Amerika Vətəndaş müharibəsi və Yenidənqurma zamanı çətinliklərlə qarşı-qarşıya qalan İrlandiya və Amerika əsilli nənəsinin hekayələrinə qulaq asaraq böyümüşdür. Onun güclü və intellektual anası qadınların səs vermək hüququ üçün mübarizə edən bir suffqarist idi.[1]
Əsərdəki hadisələr Amerika Vətəndaş Müharibəsi və Amerika Birləşmiş Ştatlarının yenidən qurulduğu bir dövrdə Corciya ştatının Kleyton əyalətində və Atlanta şəhərində cərəyan edir. Bitki plantasiyası sahibinin qızı olan gənc Skarlet Oharanın Şermanın dağıdıcı "Dənizə yürüşündən" sonra səfalətdən çıxmaq üçün hər cür vasitədən istifadə etməli olan mübarizələrindən bəhs edilir. Bu tarixi roman bildunqsroman janrında yazılmışdır və adı Ernest Dausonun bir şeirindən götürülmüşdür.[2]
"Küləklə sovrulanlar" əsəri Amerika oxucuları arasında ilk nəşr olunduğu zamanda məşhur oldu və 1936 və 1937-ci illərdə Amerikanın ən yaxşı bədii bestselleriydi. 2014-cü ildəaparılan bir Harris sorğusunda onu, İncildən sonra Amerikanın oxucularının ikinci sevilən kitabı olaraq seçildi. Dünyada 30 milyondan çox nüsxəsi çap edilmişdir.