Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir.
Külvari söyüd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Külvari söyüd |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır. Yarpaqlarının uzunluğu 4-12 sm, eni 1-3 sm-dir, tərsinə yumurtaşəkilli və ya uzunsov ellipsşəkillidir, qaidəyə tərəf daralmışdır, uc tərəfi sivri, üst tərəfi bulanıq-yaşıl, alt tərəfi boz-yaşıl olub, damarları qabarıq, hər iki tərəfi qısa keçətüklüdür və ya yalnız alt tərəfində damarların yanları tüklüdür, kənarları хırda mişardişlidir. Yeni açılan zaman təхminən 2 sm uzunluqda, ipək kimi, yanları içəri qatlanmışdır. Yarpaqaltıqları böyrəkşəkillidir, kənarları dişlidir. Yarpaq saplaqları qısa və tüklüdür. Tumurcuqları aralı, qonur rəngdə, boz tüklüdür, uzunluğu 4 mm-ə qədərdir. Dişicik sırğaları silindrşəkilli, uzunluqları 3-4 sm-dir. Çiçəkaltı pulcuqları qonurumtul, ağ tüklü, erkəkcikləri 2-dir. Çiçək ballığı 1-dir. Yumurtalığı uzunsov-konusşəkilli, boz keçətüklü, qısa sütuncuqludur. Aprel ayında çiçəkləyir. Toхum vasitəsilə çoхaldılır, yazda əkilir.
Hündürlüyü 2,5-10 m çatan kol və ya ağacdır. Yalançı zoğları tumurcuqvari, saplağı 4-12 mm, əks yumurtavaridən ellipsvariyədək, 5-15 x 3-6 sm, alt tərəfi boz tükcüklüdür. Dişi çiçək 4-6 x 1-1,5 sm, meyvəsi 7-9 mm-dir.
Rütubətli, çimli torpaqlarda yaxşı bitir. Əsasən çaykənarlarında rütubətli yerlərdə rast gəlinir.
Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşə malik olur. Aşı maddəsi ilə zəngin qiymətli bitkidir, qabığında 10-12% tannid vardır. Sırğalarında 120,3 mq% C vitamini olduğu müəyyən edilmişdir. Lifli bitkidir - 32%-ə qədər lif verir.
Orta dağ qurşağında geniş yayılıb.
Böyük və Kiçik Qafqazda, Samur-Dəvəçi düzənliyində, Lənkaran ovalığından orta dağ qurşağına qədər yayılıb.