Kültəpə yaşayış yeri - Beyləqan rayonu, Aşağı Çəmənli kəndi yaxınlığında yerləşən arxeoloji abidə[1].
Kültəpə yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Beyləqan |
Yerləşir | Aşağı Çəmənli |
Aidiyyatı | e.ə. III minillik – eramızın XI-XIII əsrləri |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Beyləqan rayonunda orta əsrlərə aid yaşayış yeri. Aşağı Çəmənli kəndi yaxınlığında, kənddən 1,5 km qərbdədir. Araz çayının qədim yatağının sol sahilindəki Çardaxlı abidələrinə (e.ə. III minillik – eramızın IX-XIII əsrləri) daxildir. Hündürlüyü 3-3,5 m sahəsi təqribən 1,5 ha-dır. Axtarışlar zamanı müxtəlif saxsı qab nümunələri (bəsit, şirli), əmək alətləri, bəzək əşyaları, tikinti materialları (orta əsrlər üçün xarakterik olan bina bəzəkləri və bişmiş kərpiclər) və s. tapılmışdır. Yerlı məlumata görə, təbii yüksəkliklər olan təpələrin ətəyi yaşayış və əkin üçün əlverişli olduğu üçün burada yaşayış məskəni olmuşdur. Burada yaşayış monqolların yürüşü zamanı kəsilmişdir.