Tarixi məlumatlara görə vaxtilə Kür-Araz ovalığı və tuqay meşələri heyvanat aləmi ilə olduqca zəngin olmuşdur.[1]
Yaxın keçmişdə (XVII-XIX əsrlərdə) Kür və Arazboyu tuqay meşələrində çöl donuzu, maral sürüləri, meşəkənan açıqlıqlarda isə kulan və cey¬ran yaşayırmış. XX əsrin əvvəllərində Qarayazı meşələrində maralın mövcudluğu qeyd olunur.
Hazırda tez-tez rastlaşdığımız zaqafqaziya kirpisi, tarla və meşə siçanları, kür boz dovşanı, çöl donuzu və qamış pişiyi tuqay meşə-lərinin xarakterik heyvanları sayılır. Burada məməli heyvanlardan yarasalar da yaşayır. Onlar gecə zərərverici həşəratları məhv edərək meşənin dostu hesab olunur. Digər məməli heyvanlardan porsuq, oxlu kirpi, qunduz, çay suiti, çaqqal, yenotabənzər it və s. göstərmək olar. Həşərat və gəmiriciləri məhv etdikləri üçün kirpilər faydalı sayılır.
Tuqay meşələrində yayılan meşə süleysini, sanboğaz siçanlar ağacların meyvələri, zoğları və pöhrələri ilə qidalanaraq, meşəyə zərər vururlar. Kürboyu meşələrdə çaqqal və tülküyə də rast gəlinir, onlar çöl və ev heyvanları, quşlar, sürünənlər, suda-quruda ya-şayanlar və gəmiricilərlə qidalanırlar.Tuqay meşələrində xəz dərisi qiymətli olan çöl və qamışlıq pişiyi və çöl donuzulan (qaban) yayılmışdır.Tuqay meşələrində və sularda ilanlara çox rast gəlinir. Su ilanları, qızıl ilan, naxışlı təlxə, qarabaş ilanlar zəhərsizdir. Burada yayılan zəhərli ilanlardan zaqafqaziya gürzəsini göstərmək olar.
Tuqay meşələri quşlarla da zəngindir. Bunlardan bizquyruq ördək, bildirçinçalan, böyük qartalca, leylək, turac, kəklik, sibir tetrası, adi qırqovul, biz duma, vəhşi qaz, qu quşu, dovdaq, bəzgək, ördək, cüllüt, adi qağayı, yaşıl qızlarquşu, şanapipik, alaçöhrə və s. qeyd etmək olar.Tuqay meşələrinin insan fəaliyyəti nəticəsində azalması və pozulması ilə əlaqədar olaraq quşların və vəhşi heyvanların sayı xeyli azalmış, bəzilərinin nəsli kəsilmiş və ya kəsilmək təhlükəsi altındadır.
Tuqay meşələrində olduqca müxtəlif həşərat növləri yayılmışdır. Bunlardan şneyder, İtaliya, Mərakeş və Asiya çəyirtkəsi, yırtıcı karabit böcəkləri, parabüzənlər, şirbitlər, uzunburun böcəklər, inəcələr, vəhşi anlar və bir çox başqalanm göstərmək olar. Bundan başqa burada ağaclara böyük ziyanverici kəpənəklər də yayılmışdır.