Kürdüstan Briqadaları,[1] Kürdüstanda Əl-Qaidə və ya Əl-Qaidənin Kürd Briqadaları (ƏQKB) kimi də tanınır — İraq və İranda silahlı islamçı təşkilat. Əl-Qaidənin kürd qoludur. Əsasən İran–İraq sərhədinin şimalında fəaliyyət göstərir Şimali İraqda Kürdüstan Regional Hökumətinə bir neçə dəfə hücumlar təşkil etmişdir. Qrup ABŞ Dövlət Departamenti tərəfindən 1 yanvar 2012-ci ildə terror təşkilatı kimi təsnif edilmişdir.[2]
Kürdüstan Briqadaları | |
---|---|
Yaranma tarixi | mart 2007 |
Mərkəzi |
ƏQKB 2007-ci ildə, Əl-Qaidə ilə əlaqəli başqa bir qrup olan "Ənsar əl-İslam"ın ictimai formada dağılmasından sonra yaradılmışdır. Qrup nisbətən kiçik hesab olunur, lakin onun İranın Mərivan və Sənəndəc şəhərlərində düşərgələri var.[3]
Qrup bir neçə hücum həyata keçirmişdir. Onlardan ən böyüyü 2007-ci ilin mayında Kürdüstan Regional Hökumətinin Ərbildə yerləşən Daxili İşlər Nazirliyi binasına hücumu idi. Burada 19 nəfər həlak olmuşdur.[3] ƏQKB 2007-ci ilin iyulunda Pəncvanda 7 sərhədçini və bir KVİ təhlükəsizlik əməkdaşını öldürmüşdür. 2010-cu ilin sentyabrında Süleymaniyyədə uğursuz intihar hücumu nəticəsində iki polis məmuru yaralanmışdır.[4]