Kürd-islam sintezi

Kürd-islam sintezi (kürd. کوردایەتی ئیسلامی ) və ya kürd-islam milliyətçiliyi[1][2]kürd milliyətçiliyini islamizmlə birləşdirən dini millətçiliyin forması.[3]

İdeologiya Osmanlı xilafətinin ləğviTürkiyənin yaradılmasından sonra ortaya çıxmışdır. Bu, kürdləri qəzəbləndirən iki hadisə idi. Atatürkün islahatları səbəbindən mədəniyyətlərinin, dinlərinin, dillərinin və xalqlarının təhlükə altında olduğunu hiss edən bir qrup kürd kürd-islam milliyətçiliyinə üz tutmağa başlamışdı.[4]

Molla Krikar kimi daha ifrat islamçı kürdlərdən biri də müəyyən dərəcədə millətçiliyə malikdir. Bəzi videolarda Molla Krikar kürd problemlərindən və kürdlərin müstəqilliyini dəstəkləməkdən danışır. Baxmayaraq ki, bunu həmişə islam ekstremizmini qoruyub saxlamaqla edir. Onun siyasi mövqeyi "bir gün siyasi və millətçi bəyanatlar, bir gün cihadçı bəyanatlar" kimi təsvir edilib. Molla Krekar həm də populistdir və onun İraq Kürdüstanında populyarlığı 2017–2019-cu illər arasında, xüsusən də kürd hökumətinə qarşı olan gənclər arasında artmışdır. Kürd ziyalısı Həma Qərib əsas kürd millətçiliyinin islamı da əhatə edəcək şəkildə islahat edilməli olduğunu müdafiə etmişdir.[5] Molla Krikar da dünyəviliyin "kürd dəyərlərini məhv etdiyini" vurğulamışdır.[6]

  1. "Secular Turks fear Kurdish–Islamic synthesis after presidentials". Hürriyet Daily News (ingilis). 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  2. "Türk İslâm sentezinden Kürt İslâm sentezine - Yeni Akit". www.yeniakit.com.tr (türk). 2015-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  3. "Islamists of Kurdistan: Contradictions Between Identity and Freedom". The Washington Institute. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.
  4. Hassan, Mona. Longing for the Lost Caliphate: A Transregional History. Princeton University Press. 10 January 2017. ISBN 978-1-4008-8371-4. 17 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2022.
  5. Gade, Tine; Palani, Kamaran. "The hybridisation of religion and nationalism in Iraqi Kurdistan: The case of Kurdish Islam". Third World Thematics: A TWQ Journal. 5 (3–6). 22 May 2022: 221–241. doi:10.1080/23802014.2022.2070269. 21 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2023.
  6. Mahmud Yasin Kurdi. "Time has come to break from Iraq, says radical Kurdish cleric Mulla Krekar". rudaw.net. 29 September 2016. 29 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2016.